Vens Rubio ilə ƏVƏZLƏNDİ: Nə baş verir?

Vens Rubio ilə ƏVƏZLƏNDİ: Nə baş verir?
12.02.2026 17:28 Təhlil

İllik ənənəvi Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubionun başçılıq edəcəyi gözlənilir.


Məlumdur ki, ötənilki konfransda Amerikanı vitse-prezident Cey. Di. Vens təmsil etmişdi. Vens o zaman Avropanın ünvanına çox sərt ittihamlar söyləmişdi. Demişdi ki, Avropanın ən böyük düşməni onun özüdür, düşmənçiliyi Rusiyada yox, özündə axtarmalıdır, Avropa demokratiyanı və insan haqlarını məhv edib. Vensə Avropa liderlərindən çox sərt cavablar gəlmişdi.  

Bəs Tramp niyə Vensi Rubio ilə əvəzlədi?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, Münhen Təhlükəsizlik Konfransı transatlantik münasibətlərin tonunu müəyyən edən əsas platformalardan biridir və ABŞ nümayəndə heyətinə bu il dövlət katibi Marko Rubionun rəhbərlik edəcəyi gözləntisi ötən il vitse-prezident Vensin sərt çıxışı fonunda xüsusi diqqət çəkir:


“Keçən il Vensin Avropanı tənqid edən sərt ritorikasının Avropa paytaxtlarında ciddi narazılıq doğurması və ABŞ–Avropa münasibətlərində əlavə gərginliyə səbəb olması faktdır. Bu kontekstdə Trampın bu il fərqli fiqur seçməsi təsadüfi görünmür”.

Onun sözlərinə görə, əsas amillərdən biri diplomatik tonun dəyişdirilməsi zərurətidir:

“Belə ki, Münhen konfransı yalnız fikir mübadiləsi məkanı deyil, həm də siyasi mesajların simvolik çəkisinin yüksək olduğu bir platformadır. Vensin çıxışı daha çox daxili auditoriyaya hesablanmış, ideoloji və konfrontativ xarakter daşıyırdı. Rubio isə klassik diplomatik məktəbin nümayəndəsi kimi tanınır və mesajları daha ölçülü, praqmatik çərçivədə təqdim etmək bacarığı ilə seçilir. Onun rəhbərliyi altında ABŞ tərəfi Avropaya münasibətdə daha konstruktiv ton nümayiş etdirə, fikir ayrılıqlarını açıq tənqid deyil, dialoq vasitəsilə ifadə edə bilər”.

R.Bayramov qeyd edib ki, digər faktor transatlantik etimadın bərpası ehtiyacı ilə bağlıdır:

“Son illər NATO daxilində yük bölgüsü, Ukraynaya dəstək, enerji təhlükəsizliyi və Çinlə münasibətlər kimi mövzularda ABŞ və Avropa arasında yanaşma fərqləri artıb. Belə bir şəraitdə dövlət katibinin konfransa rəhbərlik etməsi Vaşinqtonun Avropa ilə institusional və strateji əlaqələrə önəm verdiyini göstərən siqnaldır. Bu həm də ABŞ-nin ittifaq öhdəliklərinə sadiqliyini vurğulamaq üçün daha uyğun formatdır”.

Politoloqun fikrincə, daha bir amil daxili siyasi balansla bağlıdır:

“Vens Respublikaçı Partiyanın daha sərt və populist qanadını təmsil edən fiqur kimi qəbul olunur. Onun ritorikası seçici bazanın müəyyən hissəsinə xitab etsə də, beynəlxalq arenada əlavə gərginlik yarada bilər. Rubio isə daha ənənəvi xarici siyasət xəttinə yaxın şəxs sayılır. Onun önə çəkilməsi administrasiyanın həm daxili siyasi bazanı qorumaq, həm də xarici müttəfiqlərlə münasibətləri tam qoparmamaq niyyətində olduğunu göstərə bilər”.

Ekspert əlavə edib ki, bu dəyişiklik taktiki mesaj xarakteri də daşıyır:

“Tramp administrasiyası Avropaya əvvəlki tənqidi mövqeyindən tam geri çəkilmədən ton və təqdimat formasını dəyişə bilər. Yəni siyasətin mahiyyəti sərt qala, lakin diplomatik üslub yumşala bilər. Bu, xüsusilə Ukrayna müharibəsi, NATO xərcləri və Avropanın strateji muxtariyyəti məsələlərində aktualdır”.


R.Bayramov sonda vurğulayıb ki, Vensin Rubio ilə əvəzlənməsi şəxsi seçimdən daha çox siyasi siqnal kimi qiymətləndirilə bilər:

“Bu addım Vaşinqtonun Münhen platformasında gərginliyi artırmaqdan çox, münasibətləri idarəolunan çərçivədə saxlamağa üstünlük verdiyini göstərir. ABŞ–Avropa münasibətlərinin gələcək trayektoriyası isə yalnız ton dəyişikliklərindən deyil, konkret siyasət qərarlarından asılı olacaq”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 Bütün Xəbərlər