Vaşinqtondan ANONS: İranı TƏRK EDİN! – Gizli ssenari işə düşür?

Vaşinqtondan ANONS: İranı TƏRK EDİN! – Gizli ssenari işə düşür?
06.02.2026 16:21 Təhlil

ABŞ hökuməti İranda olan öz vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb və dövlət yardımına arxalanmamağı tövsiyə edib.   

Rəsmi xəbərdarlıqda təhlükəsizlik risklərinin artdığı, ölkədə iğtişaşların intensivləşdiyi, rabitə məhdudiyyətləri və nəqliyyat sistemində qeyri-sabit vəziyyətin hökm sürdüyü vurğulanır. 

ABŞ-nin İrandakı Virtual Səfirliyi vətəndaşlara evakuasiya planlarını müstəqil şəkildə hazırlamağı tövsiyə edib və hökumətin yalnız məhdud dəstək göstərə biləcəyini açıqlayıb. 

Bəs ABŞ-nin təcili çağırışı nəyin anonsudur?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, İran ətrafında baş verən prosesləri Yaxın Şərqdə cərəyan edən hadisələrdən ayrı düşünmək mümkün deyil:


“İran dövləti uzun illər dini, daha doğrusu dini təriqəti siyasətə və qonşu dövlətlərlə münasibətlərdə alət etmək yolu tutub. Təbii ki, bu da bumeranq effekti ilə özünə qarşı yönəlib. Artıq İran ətrafında həlqə tamamilə daralmaq və qapanmaq üzrədir”.

Politoloqun sözlərinə görə, ölkə daxilində də məhz yanlış siyasət səbəbindən etirazlar geniş vüsət almaqdadır:

“Hər nə qədər bu etirazlar zor gücü ilə yatırdılsa da, onların hər an yenidən genişlənmə ehtimalı yüksəkdir. Bu da onu göstərir ki, İran rejimi həm daxildə, həm də beynəlxalq sferada ciddi etibar itirib”.

F.Məhərrəmli qeyd edib ki, son günlər bu etibar itkisi İran hakimiyyətində ciddi çaşqınlıqla müşayiət olunur:

“ABŞ ilə gərginləşən münasibətlər fonunda İranın xarici işlər naziri əvvəlcə Türkiyəyə səfər edərək danışıqların İstanbulda keçiriləcəyinə dair mesaj verdi. Lakin bir-iki gün sonra mövqe dəyişdirildi və görüşün Omanın paytaxtı Maskatda keçiriləcəyi açıqlandı. Bu fakt İranın dini-siyasi və hərbi elitasında ciddi fikir ayrılıqları və dərin etimadsızlıq mühitinin mövcud olduğunu göstərir”.

Ekspertin fikrincə, Maskatda keçirilən ABŞ–İran danışıqları iki ssenari ilə nəticələnə bilər:


“Ya İran ABŞ-nin bütün şərtlərini qəbul edərək ölkənin neft və qaz resurslarının idarə olunmasını amerikalılara təslim edəcək, ya da ABŞ hava qüvvələrinin hədəfinə çevriləcək. ABŞ-nin son anda vətəndaşlarını İranı təcili şəkildə tərk etməyə çağırması tərəflərin danışıqlar masasından ciddi nəticə gözləmədiklərinin əyani sübutu sayıla bilər”.

F.Məhərrəmlinin qənaətincə, İran ətrafında proseslər yeni başlayır:

“Yaxın zaman kəsiyində İran səhnəsində yeni və daha ciddi hadisələrin şahidi olacağımız qaçılmazdır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başlayıb/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 Bütün Xəbərlər