Türkiyə-Rusiya-Çin ittifaqı təklifi: Reallığı əks etdirirmi?

Türkiyə-Rusiya-Çin ittifaqı təklifi: Reallığı əks etdirirmi?
20.09.2025 10:00 Təhlil

Türkiyə Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ABŞ-İsrail koalisiyasına qarşı “Türkiyə-Rusiya-Çin ittifaqı qurulsun” təklifini irəli sürüb. 

Təklif ölkədə geniş müzakirələrə səbəb olub, çünki Türkiyə tarix boyu NATO üzvü kimi Rusiya və Çinlə hərbi-siyasi ittifaq qurmayıb. 

Baxçalı bildirib ki, bu ittifaq Ankaranın ABŞ və Avropa İttifaqı ilə münasibətlərində alternativ yol ola bilər.

“İsrailin Qəzzadakı hərbi əməliyyatları da ABŞ-nin maraqlarına cavab vermir”

Bunu məsələ ilə bağlı TodayPress TV-yə açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib:

"Hər şeydən əvvəl onu deyim ki, ABŞ-İsrail münasibətləri heç də çoxlarının təsəvvür etdiyi kimi qardaş münasibətləri deyil. Məsələn, İsrail İrana hücum etməzdən əvvəl Baş nazir Benyamin Netanyahu iki dəfə Vaşinqtona getdi və nəticəsiz qayıtdı. Əslində, ABŞ İrana qarşı müharibədə İsraili dəstəkləmir, çünki milli maraqlarına cavab vermir. İndi İsrailin Qəzzadakı hərbi əməliyyatları da ABŞ-nin maraqlarına cavab vermir. Xüsusən də Donald Trampın mövqeyinə. Niyə? Çünki Tramp “Nobel Sülh Mükafatı”na iddialıdır və deyir ki, mən bütün müharibələri dayandıracam. Belə olan halda Netanyahunun müharibə ilə bağlı addımları onun maraqlarına cavab vermir. İkincisi, rəsmi Vaşinqton dünya ilə əlaqələrdə maraqlıdır və bu əlaqələrdə İrandan istifadə edir. Başqa ölkələrdən, məsələn, ərəb ölkələrindən də faydalanır. Sadəcə olaraq, İranla müharibədə Tramp İsraili dəstəkləməyə məcbur oldu. Amma cəmi 12 gün sonra müharibənin genişlənməsinə icazə vermədi. Ola bilər ki, pərdə arxasında Tramp artıq İsrailin hərəkətlərindən bezib”, - deyə o bildirib.

“İsrailə görə Türkiyə ABŞ ilə münasibətlərini pisləşdirməz”

Ekspertin sözlərinə görə, bu proses NATO-nun dağılmasına gətirib çıxara bilər:

"Baxçalının dediyi koalisiyanın yaradılacağına gəldikdə isə, şəxsən mən inanmıram. Türkiyə NATO dövlətidir. NATO-nun əsas rəqibi olan Rusiya ilə ittifaqa girsə, NATO dövlətləri, o cümlədən ABŞ-də Türkiyəyə qarşı ciddi addımlar ata bilər. Beləliklə, NATO dağıla bilər. İkincisi, İsrailə görə Türkiyə ABŞ ilə münasibətlərini pisləşdirməz. Ona görə də bu təklif real deyil”.

“Azərbaycanın təhlükəsizliyi və xarici siyasəti ilə bağlı hansısa risk görmürəm”

O, həmçinin qeyd edib ki, sözügedən təklifin Azərbaycanın milli maraqlarına cavab vermə məsələsi hələ müzakirə mövzusu deyil: 

"Bütün hallarda Azərbaycan öz siyasətini yeridəcək və böyük şahmat taxtasında öz oyununu oynayacaq. Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət etməyə davam edəcək. Bu baxımdan, Türkiyə xarici siyasətinin necə inkişaf etməsindən asılı olmayaraq, Azərbaycanın təhlükəsizliyi və xarici siyasəti ilə bağlı hansısa risk görmürəm".

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Türkiyə-Rusiya-Çin ittifaqı təklifi: Reallığı əks etdirirmi? — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 Bütün Xəbərlər