Trampın Putinə “sürpriz”i nədir?

Trampın Putinə “sürpriz”i nədir?
10.07.2025 15:05 Təhlil

“Rusiyanın Ukraynada zəifləyən mövqeyi və beynəlxalq təsir gücünün sürətlə azalması fonunda Qərb və ABŞ bu vəziyyətdən maksimum istifadə etməyə çalışır”.

Politoloq Akif Nağı bunu TodayPress TV-yə danışarkən deyib.

Siyasətçi vurğulayıb ki, artıq Rusiyanın istənilən regionda sözü keçmir, o, təsir imkanlarını tamamilə itirib. Bu imkanları bərpa etmək cəhdləri isə nəticə vermir: 

“Azərbaycan, Ermənistan, Gürcüstana nə qədər təzyiq göstərsələr də, bunun heç bir xeyri yoxdur. Eyni zamanda Rusiya Ukraynada da pis vəziyyətə düşüb. Necə ki vaxtilə SSRİ-ni Əfqanıstan bataqlığına saldılar və sonda SSRİ dağıldı, indi də prezident Vladimir Putin Rusiyanı Ukrayna bataqlığına salıb. Oradan çıxmağa artıq yol yoxdur, geri çəkilə bilmirlər, vəziyyət isə getdikcə ağırlaşır. Mərmi, silah, dron, hətta insan resursları belə çatışmır.

Miqrantlara qarşı təzyiqlərin məqsədi onları qorxudub kütləvi şəkildə müharibəyə səfərbər etməkdir. Artıq Rusiya vətəndaşı olmayan şəxsləri də zorla cəbhəyə aparırlar. Birincisi, insanlar müqavimət göstərərək döyüşə getmirlər. İkincisi, getsələr belə, onların Rusiya üçün nə qədər faydalı olacağı sual altındadır. Çünki gedən kimi əsir düşəcəklər. Bu şəkildə müharibə aparmaq mümkün deyil”.

A. Nağı ABŞ Prezidenti Donald Trampın vəziyyəti düzgün qiymətləndiridiyini düşünür:

“ABŞ Rusiyanı faktiki olaraq təslim olmağa çağırır. Bildirir ki, bu münaqişəyə ABŞ-nin şərtləri ilə son qoyulmalıdır. Bir müddət əvvəl Tramp Ukraynanı silahlandırmayacağını deyərək məsuliyyəti Almaniyanın üzərinə atmışdı. Avropa isə qələbənin yaxın olduğunu görür və Ukraynaya dəstəyini davam etdirir. Tramp da bunu başa düşdü və anladı ki, belə bir vəziyyətdə Rusiyanın tərəfində dayanmağın mənası yoxdur. Ukrayna dronlarının Rusiya ərazisində yaratdığı təlaş da bu fonu gücləndirir. Rusiya daxilində müəyyən strukturların fəaliyyəti pozulub, aeroportlar dayanıb. Belə bir vəziyyətdə təşəbbüs Ukraynanın əlinə keçib. Trampın son açıqlamaları da göstərir ki, Rusiyanın hazırkı mövqedə qalması mənasızdır və bu, daha böyük faciələrə gətirib çıxara bilər. Əslində, ABŞ Rusiyanın tamamilə dağılmasını istəmir. Çünki Rusiyanın çox geniş ərazisi və 85 subyekti var. Əgər Rusiya dağılsa, onların azı 50-si milli və ya dini mənsubiyyət əsasında cəmləşə bilər. Bu isə yeni problemlərə yol aça bilər. Bu səbəbdən, parçalanma prosesi Qərb üçün arzuolunan deyil”.

Ekspert Rusiyanı razı salmaq üçün Ukraynaya müəyyən təzyiqlər edilə biləcəyini ehtimal edir:

“Ümumi mənzərədə isə hazırkı vəziyyət Ukraynanın və Qərbin xeyrinə dəyişməkdədir. Trampın son bəyanatları da bu vəziyyətdən maksimum fayda götürmək və Rusiyaya öz şərtlərini qəbul etdirmək məqsədi daşıyır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə "sürprizlər" hazırladığını bildirib. 

Qiymət Mahir

FOTOLAR

Trampın Putinə “sürpriz”i nədir? — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Bütün Xəbərlər