Trampın "NATO planı" ifşa olundu: Gizli məqsəd nədir?

Trampın "NATO planı" ifşa olundu: Gizli məqsəd nədir?
02.04.2026 14:48 Təhlil

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı şikayətlərinin bloku qəsdən zəiflətmək cəhdi ola biləcəyini deyib. 

Qeyd edək ki,  ABŞ Prezidenti NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünü açıqlayıb. 

Sual yaranır,  bu məsələdə  Trampın əsas fikri nədir?  

Mövzunu politoloq Taleh Əliyev TodayPress TV-yə şərh edib.  


Onun sözlərinə görə, Trampın İranla müharibəyə başlaması ilə bağlı NATO-lu müttəfiqlərini məlumatlandırmaması, müharibənin gedişində yaşanan çətinliklər fonunda Avropa dövlətlərinin Trampın istəklərinə və müraciətlərinə müsbət  cavab verməməsinə səbəb olub: 

"Bu, şübhəsiz ki, Trampın aqressiv yanaşmasını şərtləndirən əsas faktorlardan biridir. Amma düşünmürəm ki, Tramp bu məsələdə sonuna qədər israr edəcək. Çünki Amerika Birləşmiş Ştatları üçün NATO və bütövlükdə Avropa İttifaqı ilə müttəfiqlik, dövlət siyasətinin əsas sütunlarından biridir. Bu baxımdan, prezident səviyyəsində belə fundamental münasibətləri tamamilə sıfırlamaq qeyri-mümkündür". 

Analitik qeyd edib ki, Trampın açıqlaması NATO-ya güvəni sarsıda bilər:

"Kaya Kallasın da qeyd etdiyi kimi, Trampın bu açıqlaması indiki həssas dövrdə həm dünyada, həm də Avropada NATO-nun təhlükəsizlik çətiri kimi roluna etimadsızlıq yaradır. Lakin düşünmürəm ki, bu kimi açıqlamalar ABŞ-nin NATO-dan çıxmasına və ya NATO-nun tamamilə sıradan çıxmasına səbəb olacaq. Hətta ABŞ NATO-dan çıxsa belə, Avropa İttifaqı bu gün dünyanın əsas qüdrətli regionlarından biri olaraq qalmaqdadır". 

Politoloq nəzərə çatdırıb ki, dünyanın yeddi iqtisadi qüdrətindən dördü Avropada yerləşir:

"Əgər Kanadanı da Avropa Birliyinə inteqrasiya olunmuş bir dövlət kimi nəzərə alsaq, bu yeddi qüdrətdən beşi deməkdir. Eyni zamanda, dünyanın nüvə dövlətlərindən ikisi və BMT Təhlükəsizlik Şurasının beş daimi veto hüququna malik ölkəsindən ikisi – Böyük Britaniya və Fransa – bu qitədə yerləşir. Avropanın iqtisadi və texnoloji imkanları isə dünyanın digər iqtisadi gücləri ilə müqayisədə ilk üçlükdə yer alır". 

Taleh Əliyevin qənaətincə, buna  görə də Donald Trampın bu açıqlamaları sadəcə söz olaraq qalacaq: 

"Çünki Avropa ilə münasibətlərin sıfırlanması həm Avropaya, həm də ABŞ-yə ciddi zərər verə bilər. Bu gün dünyaya hökm edən ABŞ-nin arxasında Avropa İttifaqının dayanması onun qüdrətini təmin edir. Əgər Avropa ABŞ-nin arxasında yox, önündə dayanarsa, bu, Amerika qüdrətinin də əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. Ona görə də hesab edirəm ki, Amerika dövlətinin dərin strukturları bu məsələyə isti yanaşmayacaq". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Bütün Xəbərlər