Suriya Alovun İçində – Qisas Saatı Yaxınlaşır!

Suriya Alovun İçində – Qisas Saatı Yaxınlaşır!
20.12.2025 15:36 Təhlil

Suriyada radikal İslamçı qrupların fəaliyyəti regionda davam edən münaqişənin əsas səbəblərindən biridir. 2014-cü ildən etibarən İŞİD ərazilərinin çoxunu itirsə də, qrup hələ də müəyyən gücünü qoruyub saxlayır. İŞİD hazırda vahid idarəçilik əvəzinə kiçik hüceyrələr və səhra qrupları şəklində fəaliyyət göstərir. Əsas məqsədi “xilafət” ideyasını bərpa etmək və sərt şəriət qanunlarını tətbiq etməkdir. Bu qruplar həmçinin fərqli dini inanca sahib şəxsləri ciddi şəkildə hədəf alırlar.


Suriya daxilində yalnız İŞİD deyil, bir sıra digər radikal qruplar da fəaliyyət göstərir. Bunlar arasında keçmiş müttəfiqlərindən ayrılmış və Əl-Qaidə ilə yaxın əlaqələr saxlayan qruplar xüsusi yer tutur. Məsələn, Hurras al-Din təşkilatı bir vaxtlar Əl-Qaidənin Suriya filialı kimi fəaliyyət göstərib və radikal ideologiyası ilə seçilir. Bu qrup İŞİD-dən fərqli olaraq qlobal Əl-Qaidə ideologiyasını tətbiq edir və sərt siyasi-hüquqi prinsiplər əsasında hərəkət edir.


Cihad Koordinasiya Təşkilatı isə radikal sələfi qruplardan hesab olunur. Bu qrup hazırkı hökuməti tanımır və Suriyanın Qərblə əməkdaşlığını qəbul etmir.


Vətəndaş müharibəsi zamanı Heyəti Təhriri əş-Şam (HTŞ) ilə də mübarizə aparan bu təşkilat hökumət qüvvələrinə tez-tez hücumlar həyata keçirir.

Suriya münaqişəsinə xarici döyüşçülərin də qatılması regionun mürəkkəbliyini artırıb. Mərkəzi Asiya ölkələrindən gələn döyüşçülər əsasən “Katibat İmam al-Buxari” və “Katibat Tavhid və Cihad” kimi qruplarda fəaliyyət göstərib. Bu birliklərin bazası isə Tacikistan və digər regionlarda radikal islamçıların üzvləri və onların ailə üzvləri tərəfindən təşkil olunub.


ABŞ Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Hawkeye Strike” əməliyyatı isə bu mühitdə baş verən hücumlara cavab olaraq planlaşdırılıb. Dekabrın 13-də İŞİD Suriyada yerli hakimiyyət qüvvələrinə və ABŞ əsgərlərinə hücum etmiş, iki ABŞ əsgəri və bir tərcüməçi həlak olmuş, digər üç əsgər yaralanmışdı. ABŞ əməliyyatı əsasən İŞİD-in infrastruktur obyektləri və silah anbarlarını hədəf alıb.


Hazırkı vəziyyət göstərir ki, Suriyada radikal qrupların mövcudluğu hökumətin hakimiyyətini qorumaq üçün beynəlxalq dəstəyə və geniş təmizləmə əməliyyatlarına ehtiyac olduğunu sübut edir. Ərazi üzərindəki hüceyrə və kiçik qruplar mütəmadi olaraq aktivləşərək regionun sabitliyini təhdid etməyə davam edir. 

Müəllif : Zeynal Əmrəliyev

XƏBƏR LENTİ
01 IYUN 2026
Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bütün Xəbərlər