Sülh sazişindən sonra növbəti mərhələ: Paşinyan nəyi hədəfləyir?

Sülh sazişindən sonra növbəti mərhələ: Paşinyan nəyi hədəfləyir?
19.09.2025 17:20 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyan “institutlaşdırma” ifadəsi ilə sadəcə imzalanmış sənədi yox, onun ətrafında dayanıqlı hüquqi, diplomatik və texniki mexanizmlər sisteminin qurulmasını nəzərdə tutur”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.  

O bildirib ki, Paşinyanın “Azərbaycanla sülhün institutlaşdırılması” ifadəsi diplomatik ritorikada xüsusi məna daşıyır və sadəcə imzalanmış sülh sazişinə deyil, onun dayanıqlı hüquqi-siyasi çərçivəyə salınmasına işarə edir. Bu isə o deməkdir ki, sülh razılaşmasında yer alan müddəalar praktik olaraq işlək mexanizmlərlə möhkəmləndirilməlidir.

Parlamentari bir neçə əsas məqamı vurğulayıb:

“Birincisi, yekun sülh sazişinin imzalanmasıdır. Məlum olduğu kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan sülh sazişinin müddəalarını paraflayıblar və birgə bəyanata imza atıblar. Digər vacib məqam sülh sazişinin beynəlxalq hüquqa uyğun şəkildə ratifikasiyası və sazişə daxil olmayan məsələlərin həlli üçün ayrıca mexanizmlərin yaradılmasıdır.

“İnstitutlaşma” anlayışının içərisində, güman ki, diplomatik münasibətlərin tam bərpası, iqtisadi, nəqliyyat, enerji və mədəni əməkdaşlıq üzrə birgə komissiyaların təsis olunması, kommunikasiyaların işlək hala gətirilməsi, nəqliyyat-infrastruktur şəbəkəsinin hüquqi əsaslarının hazırlanması, bu istiqamətdə işlək mexanizmlərin formalaşdırılması, sazişin icrasına dair monitorinq və hesabat mexanizmlərinin yaradılması, sülhün yalnız dövlətlərarası deyil, həm də cəmiyyətlərarası münasibətlərə inteqrasiyası, ictimai diplomatiya və parlamentlərarası dialoq mexanizmlərinin gücləndirilməsi kimi məqamlar da yer ala bilər.

Çox güman ki, Paşinyan “institutlaşdırma” dedikdə, sadəcə imzalanmış sənədi yox, onun ətrafında dayanıqlı hüquqi, diplomatik və texniki mexanizmlər sisteminin qurulmasını nəzərdə tutur. Əslində bu, daha çox proqnozlaşdırıla bilən və idarə oluna bilən regional mühitin formalaşdırılması deməkdir”. 

E.Mirzəbəylinin fikrincə, “institutlaşma” anlayışı birtərəfli ola bilməz. Prosesin ən önəmli hissəsi “institutlaşma”nın hüquqi mexanizmlərinin formalaşmasına maneə yaradan problemlərin aradan qaldırılmasından başlamasıdır. Bu isə o deməkdir ki, Ermənistan ilk növbədə sülhə maneə yaradan bütün amillərin aradan qaldırılması istiqamətində konkret addımlar atmalı və ölkənin konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən yer alan iddialardan hüquqi müstəvidə də əl çəkməlidir.

“Ümumilikdə, “sülhün institutlaşdırılması” ifadəsi regionda sabitliyi möhkəmləndirən, iqtisadi və diplomatik imkanları genişləndirən perspektiv yanaşma formalaşdırır. Eyni zamanda bu, siyasi manipulyasiyalar və xarici asılılıq kimi riskləri nəzərə almağı da zəruri edir. Düzgün idarə olunduğu halda, bu yanaşma uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasını mümkün edə bilər”, - deputat fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib. Bu barədə Paşinyan “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib.

“Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm - buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm”, - Paşinyan yazıb.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Sülh sazişindən sonra növbəti mərhələ: Paşinyan nəyi hədəfləyir? — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Bütün Xəbərlər