"Siz çıxın, biz buradayıq" — Xamenei ABŞ-yə MEYDAN OXUDU!

"Siz çıxın, biz buradayıq" — Xamenei ABŞ-yə MEYDAN OXUDU!
06.11.2025 17:50 Təhlil

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Amerika Birləşmiş Ştatları ilə münasibətlərin bərpası və mümkün əməkdaşlıq perspektivinə dair yeni mövqeyini açıqlayıb. 


O bildirib ki, iki ölkə arasında dialoq yalnız Vaşinqtonun üç əsas şərti yerinə yetirməsi halında mümkün ola bilər - ABŞ-nin İsrailə hərbi və siyasi dəstəyini tam dayandırması, Yaxın Şərqdəki hərbi bazalarını ləğv etməsi və region ölkələrinin daxili işlərinə müdaxilədən imtina etməsi.

Xameneinin bu şərtləri nəyi hədəfləyir və bu yanaşma İranın xarici siyasətində hansı mesajları daşıyır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi bildirib ki, İranın Ali Rəhbəri Əli Xameneinin ABŞ ilə bağlı səsləndirdiyi fikirlər ölkənin ideoloji və geosiyasi prioritetlərinin açıq ifadəsidir:


“Xameneinin səsləndirdiyi mövqe təsadüfi deyil. O, iki ölkə arasında münasibətlərin bərpasını yalnız İranın müəyyən etdiyi şərtlər çərçivəsində mümkün sayır. Bu şərtlər isə, əslində, İranın uzun illərdir formalaşdırdığı ideoloji-siyasi xəttin davamıdır. İranın xarici siyasətində anti-ABŞ və anti-İsrail mövqeyi strateji prinsip kimi qəbul olunur və bu siyasətin dəyişməsi real görünmür. ABŞ-nin İsrailə hərbi və diplomatik dəstəyi dayandırması tələbi də məhz bu ideologiyanın bir parçasıdır”.

Ekspert qeyd edib ki, Xameneinin Yaxın Şərqdən ABŞ-nin hərbi bazalarını çıxarmaqla bağlı irəli sürdüyü şərt Vaşinqtonun regiondakı strateji dayaqlarını sarsıtmaq məqsədi daşıyır:

“Hazırda ABŞ-nin Yaxın Şərqdə onlarca hərbi bazası mövcuddur. Bu bazalar həm Rusiya, həm Çin, həm də İranın təsir dairəsini balanslaşdırmaq məqsədinə xidmət edir. Belə bir şəbəkənin ləğvi ABŞ üçün strateji geriləmə olardı. İran isə bunu çox yaxşı anlayır və bu cür şərtləri irəli sürməklə həm daxili auditoriyaya mesaj verir, həm də danışıqlar prosesini öz şərtləri üzərində yönləndirmək istəyir. Bu, əslində, danışıqları çətinləşdirən amildir”.


Politoloqun sözlərinə görə, İran rəhbərliyinin “ABŞ regiondan çəkilməlidir” tələbi də reallıqla uzlaşmır və daha çox simvolik xarakter daşıyır:

“Xamenei burada açıq şəkildə "siz çıxın, biz buradayıq" mesajı verir. Bu, İranın Yaxın Şərqdə hegemonluq iddiasını nümayiş etdirir. Lakin ABŞ-nin regiondan çəkilməsi nə geosiyasi, nə də təhlükəsizlik baxımından mümkün deyil. İran bu reallığı bilir və bu tələbləri daha çox daxili siyasi auditoriyaya hesablanmış addım kimi irəli sürür. Məqsəd ideoloji sabitliyi qorumaq və ABŞ-yə qarşı sərt mövqe nümayiş etdirməkdir”.

Ç.Şahbazi sonda əlavə edib ki, bu cür bəyanatlar real diplomatik dialoqa yardım etmir, əksinə, qarşıdurma ritorikasını dərinləşdirir:

“İran rəhbərliyinin səsləndirdiyi bu şərtlər praktiki deyil, simvolik təzyiq vasitəsidir. Tehran bu yolla özünü prinsipial və müstəqil siyasi xəttə sadiq dövlət kimi təqdim etməyə çalışır. Amma əslində, bu mövqe regionda gərginliyi daha da artırır və ABŞ ilə mümkün dialoqun perspektivini zəiflədir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
03 IYUN 2026
Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 Bütün Xəbərlər