Şərtlər dəyişir: Trampı Xamenei ilə görüşəcək? – RƏY

Şərtlər dəyişir: Trampı Xamenei ilə görüşəcək? – RƏY
16.02.2026 18:07 Təhlil

ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşə hazır olduğunu bəyan edib. 


Bu açıqlama Vaşinqton–Tehran xəttində mümkün yüksək səviyyəli təmas ehtimalını yenidən gündəmə gətirib.  

Lakin diplomatik və siyasi reallıqlar belə bir görüşün formatı ilə bağlı suallar yaradır. Xamenei prezident olduğu dövrdə xarici səfərlərə çıxsa da, Ali Rəhbər kimi başqa ölkəyə səfər etməyib. Onun müəyyən etdiyi prioritetlərin müzakirəsi əsasən prezidentlik, diplomatik və təhlükəsizlik institutları səviyyəsində aparılır. 

Eyni zamanda diplomatik protokol baxımından Ali Rəhbərə bərabər rütbə Amerikada mövcud deyil. Digər tərəfdən, Donald Trampın da İrana səfər etməsi real görünmür.     

Belə olan halda, əgər İran da görüş ehtimalını nəzərdən keçirsə, bu təmas hansı formatda baş tuta bilər?    

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, ABŞ ilə İran arasında nəzərdə tutulan yüksək səviyyəli görüşün baş tutması real görünmür və bu təşəbbüs daha çox siyasi jest xarakteri daşıyır:


“Bu görüş baş tutmayacaq. Sadəcə, Donald Tramp tərəfindən növbəti jestdir ki, İranla mövcud olan bütün problemləri danışıqlar yolu ilə həll etməyə hazır olduğunu göstərsin. Çünki İranda mövcud olan rejim özünü hər şeyin fövqündə görən sistemdir. Hətta xalqa münasibətdə belə özlərini müctəhid alim, xalqı isə cahil kimi təqdim edirlər. Ona görə də etirazlar zamanı xalqın irəli sürdüyü tələblər nəinki eşidilmir, ümumiyyətlə yerinə yetirilmir. Çünki dini rejim rəhbərliyində “cahillərin təklifləri alimlər tərəfindən qəbul oluna bilməz” kimi yanlış anlayış və təsəvvür formalaşıb”.

Onun sözlərinə görə, İranın daxili idarəetmə modeli də belə bir görüş üçün əlverişli zəmin yaratmır:  

“Bundan əlavə, dünyaya açıq olmayan bir idarəetmə sistemi mövcuddur və ən nəhayət, mərkəzləşdirilmiş idarəetmə modeli tam şəkildə formalaşmayıb. Bu gün İranda üç əsas güc mərkəzi var. Bunların başında Əli Xamenei və onun ətrafı, yəni molla sistemi dayanır. İkinci güc mərkəzi SEPAH, üçüncüsü isə hökumət və onun başında duran Prezident Məsud Pezeşkiandır. 

Lakin əsas səlahiyyətlər, təbii ki, Xameneiyə məxsusdur və o, demək olar ki, bütün görüşlərə qapalıdır. Yalnız onunla görüşmək üçün İrana səfər edən dövlət başçıları Xamenei ilə birbaşa görüşə və strateji məsələləri müzakirə edə bilərlər”.

Politoloq qeyd edib ki, qarşılıqlı etimadın olmaması da əsas maneələrdən biridir:

“ABŞ, İsrail və İran arasında qarşılıqlı etimad olmadığı üçün belə bir görüşün baş tutması istisna olunur. Əgər bu mümkün olsaydı, ən azından Xamenei İnqilabın 47-ci ildönümü münasibətilə Tehranda keçirilən mitinqdə iştirak edərdi. Diqqət yetirsəniz, təhlükəsizlik amili əsas götürülərək mitinqdə Xamenei deyil, Pezeşkian iştirak etdi”.

Natiq Miri hesab edir ki, Donald Trampın təşəbbüsü ikili mesaj xarakteri daşıyır: 


“Donald Trampın bu təklifi bir tərəfdən sülh danışıqlarına nə qədər açıq olduğunu nümayiş etdirməkdirsə, digər tərəfdən İranın qeyri-məqbul idarəetmə sistemini beynəlxalq ictimaiyyətə göstərmək niyyəti kimi də qiymətləndirilə bilər. Çünki dövlət başçıları səviyyəsində müzakirə olunmayan istənilən problemi aşağı səviyyəli nümayəndələrin danışaraq həll etməsi olduqca çətin və problematikdir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 Bütün Xəbərlər