Rusiya gözünü Cənubi Qafqaza dikdi, hədələr yağdırdı…

Rusiya gözünü Cənubi Qafqaza dikdi, hədələr yağdırdı…
07.04.2026 13:39 Təhlil

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub. Rəsmi Bakı Rusiyaya xəbərdarlıq edib.

Sual yaranır,  Rusiyanın bu məsələdə məqsədi nədir?

Sözügedən məsələni politoloq Aytən Qurbanova TodayPress TV-yə şərh edib.


O bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə səsləndirilən mühüm mesajlar aydın şəkildə göstərdi ki, Ermənistandakı seçkilər və ümumilikdə regionda baş verən proseslər artıq yalnız regional münasibətlər çərçivəsində dəyərləndirilmir, həm də Qərb ilə Rusiya arasında növbəti qarşıdurma meydanına çevrilib.

"Hesab edirəm ki, seçkiöncəsi dövrdə Ermənistana maksimum təsir və təzyiq mexanizmlərindən istifadə etmək istəyən Rusiya bu istiqamətdə mövcud olan bütün imkanları məhz Azərbaycan–Ermənistan münasibətləri kontekstində tətbiq etməyə çalışır. Növbəti dəfə həm Rusiyanın rəsmi şəxslərinin ictimai çıxışlarında, həm də ümumilikdə bu mövzu ətrafında aparılan müzakirələrdə, xüsusilə Rusiya mediasında manipulyativ və provokativ xarakterli məlumatların daha geniş yayıldığını müşahidə etdik. Hətta Vladimir Putinin nitqində və ritorikasında da bu istiqamətdə mesajlar açıq şəkildə hiss olunurdu",-analitik qeyd edib.

Onun fikrincə,  bu cür yanaşma Rusiya–Azərbaycan münasibətlərinə zərbə vurmaqdan başqa, Rusiyanın regiondakı təsir imkanlarını gücləndirəcək hər hansı real nəticə və ya effektiv mexanizm vəd etmir:

"Təbii olaraq, Azərbaycan tərəfi də bu istiqamətdə Rusiyaya xəbərdarlıq edib və hesab edirəm ki, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri Rusiya tərəfindən həyata keçirilən növbəti təxribat xarakterli addımdır".

Aytən Qurbanova sonda diqqətə çatdırıb ki,  Azərbaycan tərəfi  heç kimin ölkənin daxili işlərinə qarışa bilməyəcəyini  və Azərbaycanın mövqeyi ilə bağlı qərəzli, qeyri-konstruktiv yanaşmalar sərgiləyərək fikir ifadə etməyin yolverilməz olduğunu qəti şəkildə bəyan edib.

"Lakin Ermənistandakı seçkilər ərəfəsində bu cür proseslərin davamlı xarakter alacağı ehtimalı yüksəkdir. Regiona təsir imkanlarını artırmaq və öz maraqlarına uyğun nəticə əldə etmək istəyən Rusiya Ermənistan vasitəsilə müxtəlif təsir mexanizmlərindən istifadə etməyə çalışır. Təəssüf ki, bu hallar həm Ermənistan–Rusiya, həm Azərbaycan–Rusiya münasibətlərinə, həm də regionda formalaşmış əməkdaşlıq mühitinə ciddi mənfi təsir göstərən əsas amillərdən birinə çevrilir",- politoloq fikrini yekunlaşdırıb. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 Bütün Xəbərlər