Ramiz Yunus: "Sülh prosesi Azərbaycanın zəfəri ilə başladı"

Ramiz Yunus: "Sülh prosesi Azərbaycanın zəfəri ilə başladı"
09.08.2025 10:18 Təhlil

"Azərbaycan Prezidenti ilk olaraq müharibədə, 8 avqustda isə sülh gündəmində qələbə qazandı. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi".

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz "Facebook" hesabında yazıb.

O bildirib ki, Kremlin uzun illər müstəsna olaraq Azərbaycan və Ermənistana qarşı "kök və çubuq" kimi istifadə etdiyi bu prosesdən Rusiya və şəxsən prezident Putin kənara çəkilib.

"Prezident Tramp qarant rolunda çıxış edib. Şübhə etmirəm ki, bütün bunlar Kremldəki rejimin xoşuna gəlmir. Təsadüfi deyil ki, Rusiya son zamanlar açıq şəkildə Azərbaycanla üz-üzə gəlir, ölkəmizə qarşı təxribatlar törədir.

Rusiya Ukraynanın Odessa qaz nəqli sistemi ilə ixrac edilən Azərbaycan neftini qəsdən bombalayır, ötən gün isə SOCAR-ın yanacaqdoldurma məntəqəsinə növbəti dəfə zərbə endirilib.

Onu da xatırladaq ki, bundan əvvəl Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi endirilib, daha sonra SOCAR-ın ofisinin yaxınlığına raket düşüb".

Ekspert diqqətə çatdırıb ki, bütün bunlar Rusiyanın Azərbaycanın Ukraynadakı fəaliyyətinə qəsdən zərbə vurduğunu və ölkəmizə qarşı düşmənçilik nümayiş etdirdiyini sübut edən faktlardır.

O əlavə edib ki, 2024-cü ilin dekabrında mülki AZAL təyyarəsinin vurulması ilə bağlı faciə və son Yekaterinburq hadisələri də Azərbaycana qarşı düşmənçiliyin təzahürüdür.

"Bu gün Rusiyanın həm postsovet məkanında, həm də ondan kənarda digər ölkələrə və xalqlara etdiklərini nəzərə alsaq, qardaş Ukrayna xalqına qarşı törətdiyi qəddarlıqda təəccüblü heç nə yoxdur. Rusiyanın düşdüyü biabırçı vəziyyət həm də onun postsovet məkanında Ermənistandan sonra ikinci işğalçı dövlətə çevrilməsidir.

O da çox rəmzidir ki, Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə görüşü və imzalanmış tarixi sənədlər 2025-ci il avqustun 8-də, Rusiyanın Gürcüstana qarşı müharibəsinin ildönümündə - 2008-ci il avqustun 8-də baş tutub. Məhz o zaman bütün dünya Kremldəki mövcud rejimin əsl imperial mahiyyətini gördü. Təəccüblü deyil ki, Ukraynada genişmiqyaslı müharibə başladıqdan sonra Rusiyanın aqressiyası daha da artdı".

Ekspert vurğulayıb ki, postsovet məkanı tamamilə Ukrayna xalqının tərəfindədir və Rusiyanın təsir aləti hesab etdiyi MDB-nin vəziyyəti də Rusiyada mövcud hakimiyyətin toxunduğu hər şeyin sadəcə olaraq dağılması tezisini təsdiqləyir.

"Moldova onu tərk etdi, Azərbaycan onun tədbirlərində iştirak etmir. Baş nazirin müavini Yaqub Eyyubov MDB İqtisadi Şurasının bu yaxınlarda keçirilən iclasına məhəl qoymadı və başqaları da bu addımı izləyir. Təəssüf ki, müasir dünyada qanunun qüvvəsi artıq işləmir, Rusiya kimi ölkələrə qarşı güc hüququ sivil dünya tərəfindən hələ yetərincə nümayiş etdirilmir.

Ona görə də postsovet məkanında bütün ölkələr Rusiyanın Ukraynaya təcavüzü prizmasından gedən geosiyasi proseslərlə bağlı çox ayıq olmalıdır. Kreml güc yolu ilə, həqiqətən də sülhə məcbur edilməyincə, postsovet məkanında sülh olmayacaq. Yalnız bundan sonra Rusiyanın həm vurulan mülki təyyarə ilə bağlı, həm də Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinə qarşı yaratdığı bütün kabusla bağlı Azərbaycanın ədalətli tələblərini yerinə yetirməyə başlaması, həmçinin soyğunçu siyasətindən əl çəkməsi mümkün olacaq".

Professorun fikrincə, Ağ Evdə tarixi imzalanma və orada verilən bəyanatlar böyük nikbinlik və ümid doğurur ki, Rusiyanın Cənubi Qafqazda uzunmüddətli ekspansiyası başa çatır.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün bərqərar olması üçün tunelin sonunda nəhayət işıq görünür və bu, Rusiyanın, yaxud İranın xoşuna gəlməsə də, onlar bu tarixi prosesi dayandıra bilməyəcəklər.

"Bu gün hamı dərk edir ki, Cənubi Qafqazda sülh prosesinin gerçəkləşməsinə yalnız Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi kömək edib. Qarşıda çətin bir yol var və Azərbaycan ilə Ermənistan xalqları çox ağrılı barışıq prosesindən keçməli olacaqlar. Lakin böyük hərbi strateq Karl fon Klauzevitsin dediyi kimi: “Qədim zamanlardan yalnız böyük qələbələr böyük nəticələrə gətirib çıxarıb", - deyə Ramiz Yunus fikrini tamamlayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
05 IYUN 2026
Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 Bütün Xəbərlər