Qürur günü: Bakının azad olunmasından 107 İL KEÇİR...

Qürur günü: Bakının azad olunmasından 107 İL KEÇİR...
15.09.2025 15:58 Təhlil

"15 sentyabrda Bakının erməni–rus işğalından azad olunması böyük tarixi və siyasi hadisədir". 

Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, bu qələbə təkcə Cənubi Qafqazda deyil, həm də dünya düzəninin yenidən formalaşmasında mühüm rol oynayıb:

"Həmin günlərlə Bakının Şərqin ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsi təmin olundu. Ümumiyyətlə, neftlə zəngin və əlverişli coğrafi mövqedə yerləşən Bakı daim böyük güclərin diqqət və mübarizə meydanına çevrilib, hadisələrin episentrində olub. Osmanlı İmperiyası özü ağır hərbi-siyasi böhran yaşamasına, dünyanın böyük gücləri ilə savaş halında olmasına baxmayaraq, azərbaycanlı qardaşlarının köməyinə gəldi. Nuru Paşanın komandanlığı ilə Osmanlı ordusu böyük itkilər hesabına şəhəri sahiblərinə qaytardı, erməni daşnakları və rus bolşeviklərinin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınların və soyqırımın qarşısını aldı".


Analitik ifadə edib ki, tarix dəfələrlə türk birliyinin həmişə zəfərə, sülhə və inkişafa apardığını sübut edib:

"44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini 30 ildən sonra tam bərpa etdi, türk qardaşlarımız isə 1918-ci ildə olduğu kimi dəstəyini əsirgəmədi. Nəticə isə yenə parlaq qələbə oldu.

Bu gün qürurla deyə bilərik ki, “bir millət, iki dövlət” – Türkiyə və Azərbaycan dünya nizamında və beynəlxalq münasibətlər sistemində fəal aktor və söz sahibidirlər. 15 sentyabr təkcə Bakının işğalçılardan azad olunması günü deyil, həm də türk xalqlarının yardımlaşma günü kimi tarixə düşüb".

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 107-ci ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.


107 il öncə, 1918-ci il may ayının sonlarında Zaqafqaziya Seymi dağılıb.  Mayın 28-də Azərbaycan müstəqilliyini elan edib. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə olub.

Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəlib. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edilib. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan verməyib. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi və belə bir kömək üçün qardaş dövlətə müraciət edilib. 1918-ci il may ayının sonunda Türkiyənin hərbi naziri və ali baş komandanın müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr edib. Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaradıb. Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək olub.


1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçib. 1918-ci il sentyabrın 15-də Bakı işğalçılardan azad edilib. Şəhər uğrunda döyüşlər heç də asan getməyib. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak olub. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq olub.

Bakının azad edilməsinin böyük əhəmiyyəti var idi, çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsi ilə Şimali Azərbaycan bütövləşdi. 

Hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur, Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.


Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Bütün Xəbərlər