İran dözülməz İQTİSADİ ÖLÜM spiralına yuvarlanıb, vəziyyət getdikcə pisləşir

Təhlil

16.04.2026 15:38

İranın Mərkəzi Bank rəhbərliyinin daxili hesabatında xəbərdarlıq edilib ki, ölkədə iqtisadi çöküşün bərpası 12 ilə qədər vaxt apara bilər. Əgər xammal çatışmazlığı davam edərsə, inflyasiya 180 faizə qədər qalxa, işsizlik isə əlavə 2 milyon nəfər arta bilər. 

Neft gəlirləri, yəni  büdcənin əsas dayağı  ağır zərbə altındadır. İxrac kəsilib, istehsal düşüb, saxlama imkanları məhduddur. ABŞ Hörmüz boğazında dəniz blokadası tətbiq edərək İranın gündəlik 1,7–2 milyon barel neft ixracını demək olar ki, dayandırıb və ölkənin ən böyük valyuta mənbəyini boğub.

"⁠Arabtimesonline"ın məlumatına görə, uzunmüddətli internet kəsintiləri hər gün 30–80 milyon dollar itki yaradır, biznes, bank əməliyyatları və ticarəti iflic vəziyyətə salır.

Proses artıq təməl  ehtiyaclara toxunur: un təchizatı azaldığı üçün çörək növbələri yaranıb. Bu, subsidiyalı qida sisteminin çatışmazlığını göstərən ciddi siqnaldır.

Müharibə polad, əczaçılıq, neft-kimya sənayelərini, infrastruktur və nəqliyyat şəbəkələrini ağır zədələyib. Minlərlə müəssisə ya dayanıb, ya da bağlanıb.

Eyni zamanda, rejim xarici müttəfiqlərə və müxtəlif milislərə yüz milyonlarla dollar xərcləməyə davam edir. Bu vəsaitlər isə ölkə daxilində təcili ehtiyaclı  sahələrdən ayrılır.

Bütün bunlar bir-birini qidalandıran kaskadaya çevrilib: inflyasiya, əmtəə qıtlığı, işsizlik və gəlir itkisi. Bu, müvəqqəti problemlər toplusu deyil, sistemli və real vaxtda dərinləşən çöküş hesab olunur. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald  Trampın strategiyası da məhz bu nöqtədən çıxış edir: daxili gərginliyi o həddə çatdırmaq ki, sistem artıq nə fəaliyyət göstərə, nə də nəzarəti saxlaya bilsin.

İslam Respublikası indi məhz bu qırılma nöqtəsinə yaxınlaşır.

Jalə Rövşən

tag: İran,Mərkəzi Bank,İqtisadiyyat,İqtisadi çöküş,Todaypress.tv,