Dünya BU ADDIMDAN DANIŞIR: Rusiya ƏN TƏHLÜKƏLİ silahlarını...
Təhlil
18.02.2026 14:07
Rusiyanın aviasiya general-mayoru Sergey Lipovoy bildirib ki, Rusiya beşinci nəsil “Su-57” qırıcı təyyarələrini Çin sərhədi yaxınlığında, Uzaq Şərqdəki aerodromlara yerləşdirib. O bəyan edib ki, bu, planlaşdırılan proqramın bir hissəsidir.

Maraqlıdır, Rusiyanın burada əsas məqsədi nədir?
Sözügedən məsələni siyasi şərhçi Şakir Ağayev TodayPress TV-yə şərh edib.

Onun qənaətincə, bu addım Çinə qarşı deyil:
“Bu gün Rusiya–Çin münasibətlərini nəzərə alsaq, görərik ki, bu iki ölkənin maraqları üst-üstə düşür. Düşünürəm ki, bu, böyük ehtimalla Çinlə də razılaşdırılıb”.
Ekspert vurulayıb ki, Rusiya ilə Çinin əsas məqsədi Hind-Sakit okean hövzəsində Avropa və Amerikanın artan maraqlarına qarşı birgə fəaliyyət göstərməkdir:
“Artıq bir müddətdir müşahidə edirik ki, Avropanın da bu bölgədə böyük maraqları var. Hətta Hind-Sakit okean hövzəsində NATO ilə sıx əməkdaşlıq mövcuddur”.
Politoloq əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Amerikanın əsas hədəflərindən birinin Hind-Sakit okean hövzəsində maraqlarını artırmaq, bu bölgəyə daha çox diqqət yönəltmək və mövqelərini gücləndirmək olduğunu qeyd edib.
"Həm Rusiya, həm də Çin dəfələrlə bəyan ediblər ki, istər Avropanın, istərsə də Amerikanın Hind-Sakit okean hövzəsində artan hərbi maraqları və nüfuzu onlar üçün təhlükə yaradır", - analitik deyib.
Ş. Ağayevin fikrincə, bu addım Çinlə razılaşdırılmış şəkildə həmin ərazinin hərbi cəhətdən gücləndirilməsi və Rusiyanın həmin hövzədə Avropa və Amerikanın artan maraqlarına cavab tədbiri kimi qiymətləndirilə bilər.
Jalə Rövşən
tag: Şakir Ağayev,Siyasi şərhçi,Rusiya,Su-57,Çin,Aerodrom,Todaypress.tv,
