Cinayətkara "ƏSİR DONU” geyindirənlər: “Ermənidən çox erməni” olmaq…

Cinayətkara "ƏSİR DONU” geyindirənlər: “Ermənidən çox erməni” olmaq…
05.02.2026 13:31 Təhlil

Fransa Milli Assambleyası Azərbaycan tərəfdə saxlanılan “erməni əsirlərin dərhal və şərtsiz azad edilməsinə çağıran” qətnamə qəbul edib.


Bu sənəd 4 fevral Fransa parlamentində yekdilliklə qəbul olunub və iclasda iştirak edən 183 deputatın hamısı “lehinə” səs verib.

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Fransanın qətnaməsi sülh prosesinə zidd addımdır:


"Fransa Milli Assambleyası azərbaycanlılara qarşı törətdikləri konkret hərbi cinayətlərə görə istintaq altında saxlanılan erməni əsilli şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağıran qətnamə qəbul edib. Təbii ki, sual yaranır: məhz indiki məqamda belə bir qətnamənin qəbul edilməsinin mənası nədir? Niyə bu addım məhz indi atılır? Çünki hazırda sülh prosesi dinamik mərhələyə qədəm qoyub. Xüsusilə ötən ilin avqustun 8-də Vaşinqtonda əldə olunmuş tarixi razılaşmalardan sonra 2026-cı ilin sülh ili kimi tarixə düşəcəyinə artıq ciddi şübhə qalmayıb. Dünən isə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında sülh prosesinə verdikləri töhfəyə görə nüfuzlu “Zayed İnsan Qardaşlığı” mükafatına layiq görülüblər".

Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında etimad mühiti güclənir:

"Belə bir şəraitdə bu tip məsələlərin gündəmə gətirilməsi və qətnamələrin qəbul edilməsi sülh prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər. Hazırda hər iki dövlət və xalq arasında etimad mühitinin formalaşdırılması istiqamətində ciddi addımlar atılır. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti institutları qarşılıqlı təmaslar qurur, səfərlər həyata keçirir. Artıq Azərbaycan ərazisindən Ermənistan istiqamətində həm Rusiyadan, həm də Qazaxıstandan yüklər daşınır. İndiyədək Rusiyadan Ermənistana 285 vaqon, yəni 20 tondan artıq buğda daşınıb. Eyni zamanda Azərbaycan Ermənistana neft məhsullarının ixracını həyata keçirir. Bütün bunlar tərəflərin sülh prosesinə sadiqliyini nümayiş etdirir. Əbu-Dabidə əldə olunmuş razılaşmalar da etimad mühitinin gücləndirilməsi istiqamətində növbəti addımların atılmasına dair ortaq mövqenin formalaşdığını göstərir".

O qeyd edib ki, saxlanılanlar əsir deyil, cinayətkarlardır:


"Bu reallıqlar fonunda Fransa Milli Assambleyasının, necə deyərlər, “ermənidən çox erməni” olmaq iddiasına düşməsi təəccüb doğurur. Üstəlik, “erməni əsirləri” ifadəsi ümumiyyətlə qəbuledilməzdir. Azərbaycanda saxlanılan şəxslər əsir deyil, konkret cinayət əməllərində ittiham olunan şəxslərdir. Onlarla bağlı məhkəmə prosesləri aparılır, şahid ifadələri və hüquqi sübutlar mövcuddur. Bu baxımdan onları əsir adlandırmaq qeyri-qanuni yanaşmadır. Hər şeyi öz adı ilə çağırmaq lazımdır".

E.Nəsirov sonda əlavə edib ki, bu qətnamə sülhə mane ola bilməz: 

"Hesab edirik ki, bu cür təzyiqlərlə Azərbaycanın mövqeyinə təsir göstərmək mümkün deyil. Görünür, Fransa deputatları hələ də 5–6 ay əvvəlki reallıqların xülyası ilə yaşayırlar. Halbuki artıq altı aydır ki, hər iki dövlət və xalq sülh şəraitində yaşayır və bundan məmnundur. Bu qətnamə sülh prosesinin qarşısına sədd çəkmək cəhdi, gedən qatarın arxasınca baxmağa bənzəyir. Qatar artıq yola düşüb və inanırıq ki, bu yolun bir dayanacağı var — onun adı sülhdür". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Bütün Xəbərlər