Avropanın Qafqazda taxdığı “ERMƏNİ EYNƏYİ” – MAKALLİSTER

Avropanın Qafqazda taxdığı “ERMƏNİ EYNƏYİ” – MAKALLİSTER
07.05.2026 17:15 Təhlil

Avropa Parlamentində Azərbaycana qarşı açıq qərəzli və ermənipərəst siyasi xəttin gücləndiyi müşahidə olunur. Xüsusilə EPP fraksiyasının bəzi nüfuzlu üzvləri insan hüquqları və demokratiya prinsiplərini ön plana çəkərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini, öz suveren ərazilərində antiterror əməliyyatları keçirməsini və suveren hüquqlarını həyata keçirməsini “təhlükə” kimi təqdim edirlər. Ermənistanın isə hər dəfə “qurban” obrazında göstərilməsi ikili standartların və siyasi riyakarlığın açıq təzahürü kimi görünür.

Onlar Azərbaycandan nə istəyirlər? Öz torpaqlarını işğaldan azad edən dövlət niyə ittiham olunur? Beynəlxalq hüquqa əsaslanaraq öz ərazisində təhlükəsizlik tədbirləri görən ölkə niyə “təhdid” kimi təqdim edilir?

Bu dairələr niyə faktları təhrif edir, “etnik təmizləmə”, “blokada”, “sülhə təhdid” kimi ittihamları gündəmə gətirir və Azərbaycana qarşı sanksiya çağırışları ilə müşayiət olunan qətnamələrin qəbuluna çalışırlar? Belə fəaliyyət yalnız müəyyən lobbi dairələrinin maraqlarına xidmət edir,  Avropanın Cənubi Qafqaz siyasətinin etibarlılığına da ciddi zərbə vurur.

Bu xəttin ən fəal və sərt təmsilçilərindən biri də Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David Makallisterdir. O, uzun illərdir Cənubi Qafqaz siyasətində Azərbaycana qarşı ən fəal ittihamçı fiqurlardan biri kimi çıxış edir. Rəsmi görüşlərdə “dialoq” və “strateji tərəfdaşlıq” kimi ifadələr səsləndirsə də, praktiki fəaliyyəti əsasən ardıcıl, sistemli və birtərəfli tənqidlərlə müşayiət olunur. Bu yanaşma geosiyasi maraqların, lobbi təsirlərinin və Avropa siyasətində selektiv “dəyərlər” yanaşmasının nəticəsi kimi görünür.

Onun məmnuniyyətlə imza atdığı bəzi anti-Azərbaycan qətnamələri:

2023/2879(RSP) – 5 oktyabr 2023-cü il qətnaməsi

Rəsmi adı: “Dağlıq Qarabağdakı vəziyyət, Azərbaycanın hücumu və Ermənistana qarşı davam edən təhdidlər haqqında”.

Bu, ən sərt sənədlərdən biridir. Azərbaycanın antiterror əməliyyatını “etnik təmizləmə”, “zorla köçürmə” və “hücum” kimi qiymətləndirir. Sanksiyalar tələb edir, erməni əhalinin “qayıdış hüququ”nu vurğulayır. Makallister komitə sədri kimi bu prosesdə fəal rol oynayıb.

İllik Ümumi Xarici və Təhlükəsizlik Siyasəti Hesabatı (2022)

Məruzəçi: David Makallister (birbaşa məsul şəxs).

18 yanvar 2023-cü ildə qəbul olunub. Hesabatda Azərbaycanın 2022-ci ilin sentyabr hadisələri “aqressiya” kimi təqdim edilir, Laçın yolu “blokada” adlandırılır və “etnik təmizləmə” iddiaları dəstəklənir. Azərbaycan Xarici İşlər Nazirliyi bunu “təhrif olunmuş faktlar” və “qarayaxma kampaniyası” kimi rədd edib.

RC-B10-0133/2024 – Oktyabr 2024-cü il qətnaməsi

Rəsmi adı: “Azərbaycandakı vəziyyət, insan hüquqlarının pozulması, beynəlxalq hüquq və Ermənistanla münasibətlər haqqında”.

Makallister daxil olmaqla EPP qrupundan çox sayda deputat bu sənədə imza atıb. Qətnamədə insan hüquqları, “siyasi məhbuslar”, Ermənistanla sərhəd məsələləri və Qarabağla bağlı ittihamlar yer alır.

Digər mühüm sənədlər və bəyanatlar:

2024 və 2025-ci illərin illik CFSP (Common Foreign and Security Policy) hesabatları – Makallisterin rəhbərliyi ilə AFET tərəfindən hazırlanıb;

2023-cü ilin yanvarında “Laçın dəhlizinin humanitar nəticələri” haqqında təcili qətnamə – Makallister tərəfindən dəstəklənib;

Mart 2023 – Aİ-Azərbaycan münasibətləri haqqında hesabat (A9-0037/2023) – Makallister bu prosesdə iştirak edib;

May 2026 – Azərbaycanın əməkdaşlığı dayandırmasına cavab olaraq Makallisterin imzaladığı birgə bəyanat.

Makallisterin mövqeyinin ən bariz nümunələrindən biri İkinci Qarabağ müharibəsi və xüsusilə 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərinə münasibəti ilə bağlıdır. O, Azərbaycanın öz suveren ərazisində qanunsuz silahlı birləşmələrə qarşı həyata keçirdiyi əməliyyatları tənqid edən qətnamələrin hazırlanması və dəstəklənməsində fəal iştirak edən şəxslərdən biri olub. 2023-cü ilin oktyabrında qəbul edilmiş və Azərbaycana qarşı sanksiya çağırışlarını ehtiva edən qətnamədə də onun təsiri xüsusi qeyd olunur.

Bu sənədlərdə Azərbaycanın təhlükəsizlik tədbirləri birtərəfli şəkildə təqdim olunur, humanitar məsələlər geniş şəkildə qabardılır. Lakin uzun illər işğal altında qalmış Azərbaycan ərazilərində törədilmiş dağıntılar, mədəni və dini irsə vurulmuş zərər, eləcə də yüz minlərlə məcburi köçkünün taleyinə gəldikdə bu "humanist" şəxslər aöızlarına su alıb otururlar. 

Onunn AFET sədri kimi Avropa Parlamentinin illik xarici siyasət və təhlükəsizlik hesabatlarının hazırlanmasında da birbaşa rol oynayır. Həmin sənədlərdə Azərbaycanla bağlı insan hüquqları, demokratiya və ifadə azadlığı məsələləri mütəmadi şəkildə gündəmə gətirilir. Amma eyni standartlar Avropanın bütün tərəfdaşlarına, hətta bəzi üzv dövlətlərə münasibətdə belə eyni ardıcıllıqla tətbiq olunmur.

Seçki proseslərinə münasibətdə də bu yanaşma müşahidə olunur. 2024-cü ilin fevralında Azərbaycanda keçirilmiş prezident seçkiləri ərəfəsində Makallister və onun siyasi həmkarları Avropa Parlamentinin müşahidə missiyası göndərməyəcəyini bəyan etdilər. Bu addım seçkinin şəffaflığına kölgə salmaq cəhdi idi. Amma alınmadı...

2026-cı ilin mayında Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması ilə bağlı qərarına Makallisterin reaksiyası da geniş müzakirələrə səbəb oldu. O, birgə bəyanatda bu qərarı “əsassız” və “dialoqa zidd” kimi qiymətləndirdi. Lakin Azərbaycan tərəfi uzun illər ərzində qəbul edilmiş çoxsaylı anti-Azərbaycan qətnamələrini, daxili işlərə müdaxilə cəhdlərini və birtərəfli yanaşmaları bu qərarın əsas səbəblərindən biri kimi göstərir.

Hətta Prezident İlham Əliyev 2022-ci ildə Makallisterlə görüş zamanı Avropa Parlamentinin bəzi qətnamələrinin qərəzli xarakter daşıdığını açıq şəkildə ifadə etmiş və haqlı olaraq bu sənədlərin sanki Ermənistan parlamenti tərəfindən qəbul edildiyini bildirmişdi.

Makallisterin Ermənistanla siyasi təmasları da tez-tez diqqət çəkir. Onun İrəvanda keçirdiyi görüşlər, erməni rəsmiləri ilə təmasları və regionla bağlı verdiyi bəyanatlar Azərbaycanda müəyyən siyasi dairələr tərəfindən kəskin tənqidlə qarşılanır.

Onun fəaliyyəti regionda formalaşan yeni geosiyasi reallıqlara və Azərbaycanın güclənən regional roluna uyğunlaşmaq istəməyən siyasi dairələrin maraqları ilə üst-üstə düşür. Azərbaycan isə bu kimi yanaşmalara qarşı öz milli maraqlarını diplomatik, siyasi və regional əməkdaşlıq platformaları vasitəsilə müdafiə etməyə davam edir. 

Jalə Rövşən

XƏBƏR LENTİ
05 IYUN 2026
Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 Bütün Xəbərlər