Amerikada inqilab baş verir: əhali küçələrdə, tarixdə ilk...

Amerikada inqilab baş verir: əhali küçələrdə, tarixdə ilk...
21.05.2026 16:04 Təhlil

Boliviyada inqilab baş qaldırıb. Etirazçılar mərkəzi Murilyo meydanına daxil olmağa çalışarkən hüquq-mühafizə qüvvələri ilə qarşıdurma yaşanıb. Hadisə zamanı partlayış səsləri eşidilib, nümayişçilərin dinamitə bənzər partlayıcı maddələrdən istifadə etdiyi bildirilir.


Bu, 1959-cu il Kuba İnqilabından bəri Latın Amerikasında ABŞ imperializminə qarşı ən ciddi və inqilabi müqavimətdir. Regionda davamlı qeyri-sabitliyin əsas səbəbi, Afrika ölkələrində olduğu kimi, neo-müstəmləkəçiliyin davam etməsidir. Kvame Nkrumah “Neo-Müstəmləkəçilik: İmperializmin Son Mərhələsi” adlı əsərində bu sistemi ətraflı şəkildə izah etmişdi və məhz buna görə 1966-cı ildə CIA tərəfindən devrilmişdi.


Tarixən İspaniya müstəmləkəçiliyindən sonra ABŞ Monro Doktrinası və Ruzvelt Nəticəsi vasitəsilə region üzərində nəzarəti ələ keçirdi. Bu gün isə imperializm ABŞ hərbi akademiyalarında təlim keçmiş, CIA tərəfindən dəstəklənən kukla rejimlər, BVF borc tələləri, Wall Street və transmilli korporasiyaların resurs talanı vasitəsilə davam etdirilir.

2019-cu ildə Evo Morales xüsusilə Boliviyanın zəngin litium ehtiyatlarına görə hakimiyyətdən uzaqlaşdırıldı. İlon Mask da açıq şəkildə bildirmişdi ki, Vaşinqton istədiyi hökuməti dəyişə bilər və Boliviya xalqı bununla barışmalıdır. Hazırda isə Marko Rubio və ABŞ Dövlət Departamentinin israilli dairələrlə birlikdə La Pazda öz adamlarını yerləşdirdiyi bildirilir.


Hazırkı prezident Rodrigo Paz Vaşinqtonda — Amerika Universitetində təhsil almış, neoliberal siyasət yürüdən və “Boliviyanın Javier Mileysi” adlandırılan siyasətçidir. Onun hakimiyyəti dövründə yoxsulluq artıb, BVF-yə borc çoxalıb, milli valyuta tarixi minimuma enib. Yanacaq subsidiyalarının ləğvi, torpaqların əmtəələşdirilməsi və özəlləşdirmə siyasəti xalqın narazılığını daha da artıraraq insanları küçələrə çıxarıb.


Fermerlər, işçilər və yerli icmalar Pazın Vaşinqton–Tel-Əviv xəttinin kuklası olduğunu bildirir və irəli sürdükləri əsas tələbləri bunlardır:

— Əməkhaqları və pensiyaların ciddi şəkildə artırılması

— Özəlləşdirməyə son qoyulması və strateji resursların yenidən milliləşdirilməsi

— Qərb korporasiyalarının ölkədən çıxarılması

— Rodrigo Pazın istefası və həbs olunması

— Evo Moralesin prezidentliyə qaytarılması

Hrəkat Latın Amerikasında ABŞ imperializminin zəifləməsinə və regionda yeni müqavimət dalğasının formalaşmasına səbəb ola bilər. Xalq ayağa qalxıb. Nəticə əldə etmədən sakitləşməyəcəkləri də istisna olunmur.

Jalə Rövşən

XƏBƏR LENTİ
31 MAY 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Bütün Xəbərlər