ABŞ-İran danışıqları: Türkiyəni niyə Omana dəyişdilər?

ABŞ-İran danışıqları: Türkiyəni niyə Omana dəyişdilər?
04.02.2026 20:38 Təhlil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-İran danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bildirməsinə baxmayaraq, İran danışıqların Omanda keçirilməsini istəyir.     

Bildiyimiz kimi, Türkiyə, həmçinin Ukrayna və Rusiya danışıqlarında görüş yeri olub.  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da vurğulayıb ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda aparılan danışıqlar nəticəsində 2025-ci ilin may ayından bu yana minlərlə əsir mübadilə olunub.   

Bəs İstanbulun vasitəçilikdə bu qədər uğurlu olmasına rəğmən, İran danışıqlar üçün Türkiyə variantından niyə imtina etdi? 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışarkən bildirib ki, İranın danışıqlar məkanı ilə bağlı mövqeyi Türkiyənin NATO üzvü olması və ABŞ-nin müttəfiqi sayılması ilə əlaqədardır. 


“Həm ABŞ, həm də Türkiyə NATO-nun avanqard ölkələridir və rəsmi Tehran bu faktoru nəzərə almış ola bilər. Lakin Tehran-Vaşinqton danışıqlarında bu məqam ciddi rol oynamır. Çünki Türkiyə sadəcə vasitəçi və danışıqlar üçün ev sahibi ölkə kimi çıxış etmək niyyətində idi. Üstəlik, Türkiyə hazırda ABŞ-nin İrana hərbi müdaxiləsinə qarşı ciddi müqavimət göstərən əsas ölkələrdən biridir”, - deyə siyasi şərhçi izah edib. 


Analitik vurğulayıb ki, rəsmi Ankara öz sərhədləri ətrafında hərbi gərginlikdən narahatdır və hesab edir ki, ABŞ-nin İrana hərbi müdaxiləsi onun milli təhlükəsizlik maraqlarına ziddir. 

E. Xalidbəyli əlavə edib ki, İranın danışıqların Omanda keçirilməsində israr etməsi də bu yanaşmadan qaynaqlana bilər: 

“Lakin nəticələr hələ də qeyri-müəyyəndir. Ağ Evin tələbləri konkretdir – İranın nüvə proqramından və raket texnologiyasından tam imtina etməsi istənilir. Prosesin gələcək inkişafı İranın bu tələblərə münasibətindən asılı olacaq. Əgər anlaşma əldə olunarsa, ABŞ-nin hərbi müdaxilədən geri çəkilməsi ehtimalı yüksələcək. Əks halda isə qarşıdurma daha da gərginləşə və yeni hərbi münaqişəyə qədər gedib çıxa bilər”. 


Politoloq sonda bildirib ki, hazırkı mərhələdə İran hərbi qarşıdurmadan yayınmağa çalışır, ona görə də, mövqelərin yaxınlaşması dərhal baş verməyəcək. Danışıqların bir neçə raundda aparılması mümkündür. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Bütün Xəbərlər