5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu?

5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu?
23.06.2026 15:39 Təhlil

Azərbaycanda Qərbi Azərbaycan icmasının fəaliyyəti, deportasiyaya məruz qalmış soydaşlarımızın hüquqlarının müdafiəsi və tarixi yaddaşın qorunması istiqamətində geniş tədbirlər keçirilir.  Ölkə daxilində keçirilən genişmiqyaslı mədəni-kütləvi tədbirlər  qayıdış ideologiyasının humanitar və hüquqi əsaslarını həm cəmiyyətimizə, həm də beynəlxalq müstəviyə çatdırmaq məqsədi daşıyır.

Bu istiqamətdə son mühüm tədbirlərdən  biri Göygölün Yeni Zod kəndində, “Xan yurdu” etno-kompleksində baş tutan “Qərbi Azərbaycanın irsi: tarixi köklərə qayıdış” festivalıdır.

Tədbirdə müasir Ermənistan ərazisində tamamilə silinməyə çalışılmış azərbaycanlı izlərinin, zəngin folklorun, geyimlərin və mədəni irsin yenidən canlandırılması təşkil olundu.  Festival çərçivəsində nümayiş olunan tarixi xəritələr və “İrəvan” idman klubunun rəmzi çıxışı keçmişin unudulmadığını və mənəvi haqların qorunduğunu nümayiş etdirdi. 

Bu Ermənistanda geniş ajiotaj doğurub. Erməni mətbuatı və analitik dairələri rəsmi Bakının bu humanitar narrativini özlərinə qarşı yönəlmiş ciddi siyasi-diplomatik təzyiq aləti kimi qiymətləndirirlər.

İrəvanda ciddi təşviş yaradan bu iddiaların heç bir real və ya hüquqi əsası yoxdur. Qərbi Azərbaycan İcmasının fəaliyyəti və keçirilən mədəni festivallar hər hansı bir ölkəyə qarşı hərbi və ya ərazi iddiası ola bilməz. Burada əsas hədəf XX əsrdə etnik təmizləməyə və deportasiyaya məruz qalmış yüz minlərlə azərbaycanlının öz ata-baba yurdlarına təhlükəsiz, ləyaqətli və sülh yolu ilə qayıtmaq hüququnun təmin olunmasıdır.

Bu, beynəlxalq insan hüquqları konvensiyaları ilə qorunan fundamental humanitar haqdır.

Ermənistan tarixi reallıqla üzləşməkdən çəkinir, lakin qorxunun əcələ faydası yoxdur. Azərbaycanlılar öz tarixi yaşayış məskənlərinə qayıdacaqlar.

Jalə Rövşən

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər