Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm
Dördqat “Böyük Dəbilqə” çempionu, dünya reytinqinin 16-cı pilləsində qərarlaşan yaponiyalı tennisçi Naomi Osaka “Rolan Qarros” turnirinin dördüncü mərhələsində məğlubiyyətini şərh edib.
TodayPress TV xəbər verir ki, Osaka turnirin 1/8 finalına vəsiqə uğrunda görüşdə dünya reytinqinin bir nömrəsi Arina Sobolenkoya 6:7, 3:6 hesabı ilə uduzub.
Tennisçi bildirib ki, artıq məğlubiyyətlərə əvvəlki kimi emosional yanaşmır:
“Özümə hər məğlubiyyətdən və ya qələbədən sonra məyus olmağa icazə verə bilmərəm. Çünki açığını desəm, qlobal mənada topa zərbə vurmağın Yer üzərində elə də böyük əhəmiyyəti yoxdur.
Bilirsiniz, bir şeyi anladım. Əvvəllər belə matçlardan sonra özümə qarşı çox sərt olurdum və ciddi məyusluq yaşayırdım. Amma indi başa düşürəm ki, bu, əslində o qədər də vacib deyil. Mən onunla dəfələrlə qarşılaşmışam və təəssüf ki, çox vaxt məğlub olmuşam. Edə biləcəyim yeganə şey əlimdən gələni etməkdir. Bəlkə də bir gün bu, mənim xeyrimə nəticələnəcək. Amma hər qələbə və ya məğlubiyyətə görə özümü üzə bilmərəm”.
Namiq HUN