Stress, həqiqətən də, üzü qocaldırmı? Həkim AÇIQLADI
Uzunmüddətli stress üz dərisinin qocalmasını sürətləndirə bilər. Stress zamanı kortizol hormonunun artması kollagen və elastinin azalmasına səbəb olur, nəticədə dəri elastikliyini itirir, quruyur və qırışlar yaranır.
TodayPress TV xəbər verir ki, bu barədə həkim Ulyana Maxova "Gazeta.ru"ya danışıb.
O bildirib ki, stress dərinin rəngini solğunlaşdırır, iltihabı artırır və sızanaq, ekzema kimi dəri problemlərini ağırlaşdıra bilər.
Mütəxəssis deyib ki, sağlam qidalanma, fiziki aktivlik və stressin düzgün idarə olunması dərinin sağlamlığını qorumağa kömək edir.
Jalə Rövşən