İsraildə silahlı hücumun təfərrüatı açıqlandı: İki terrorçu zərərsizləşdirildi

İsraildə silahlı hücumun təfərrüatı açıqlandı: İki terrorçu zərərsizləşdirildi
07.06.2026 14:30 Dünya

İsrailin Şaron bölgəsində silahlı hücum baş verib.

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, azı 5 nəfər isə yaralanıb.

Məlumata görə, hücum İordan çayının Qərb sahilində yerləşən ayırıcı divar yaxınlığında həyata keçirilib.

İsrail polisi Kohav-Yair bölgəsində atəş açmaqda şübhəli bilinən şəxslərdən birinin saxlanıldığını açıqlayıb. Daha sonra bildirilib ki, Tayba şəhərinin ərəb sakini və İsrail vətəndaşı olan terrorçulardan biri zərərsizləşdirilib.

İkinci terrorçu isə Tsur Yitshak bölgəsində gizləndiyi yerdə yaxalanaraq zərərsizləşdirilib.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər