Pensiya alanlara ŞAD XƏBƏR - ÖDƏNİŞLƏR...

Sosial

05.05.2026 11:05

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dək ödənilməsi nəzərdə tutulub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib.

Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının isə bu ayın 20-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Həmçinin ölkə üzrə sosial müavinətlərin bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

TodayPress TV

tag: DSMF,Maaş,Pensiya,Ödəniş,Todaypress.tv,