Türkiyə və Azərbaycan diplomatları Suriyadakı vəziyyəti müzakirə etdi
Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz və Azərbaycanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov arasında görüş keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Nuh Yılmaz "X"da paylaşım edib.
Qeyd edilib ki, görüş zamanı bölgədəki siyasi və hərbi proseslər müzakirə olunub.