Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırıldı

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırıldı
17.03.2026 16:42 Siyasət

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, nazir müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.

Müavinləri vəzifəyə dövlət başçısı təyin edir və vəzifədən azad edir. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər