Rafael Hüseynov Zirvə Toplantısında çıxış edəcək

Rafael Hüseynov Zirvə Toplantısında çıxış edəcək
23.03.2026 11:35 Siyasət

Milli Məclisin sədr müavini Rafael Hüseynov Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında iştirak üçün Xorvatiyaya səfər edəcək.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə məlumat verilib.

Qeyd edilib ki, Xorvatiyanın Zaqreb şəhərinə səfər martın 24-dən 26-dək davam edəcək.

Xorvatiya Parlamentinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə "Üç Dəniz Təşəbbüsünün irəli aparılması: gələcəyə baxış, məsuliyyət, tərəfdaşlıq" mövzusunda müzakirələr aparılacaq, dünyada artan geosiyasi qeyri-müəyyənliklər fonunda parlamentlərin rolu diqqətə çatdırılacaq.

Rafael Hüseynovun toplantıda çıxışı nəzərdə tutulur.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər