Prezidentin köməkçisi: Azərbaycan-Çin əlaqələri müzakirə edildi

Prezidentin köməkçisi: Azərbaycan-Çin əlaqələri müzakirə edildi
14.03.2026 12:51 Siyasət

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo və Çinin Azərbaycandakı səfiri Lu Mey ilə görüşüb.


TodayPress TV xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" sosial media hesabında paylaşım edib.

"Azərbaycan–Çin hərtərəfli strateji əməkdaşlığı barədə fikir mübadiləsi apardıq və əsas regional məsələləri müzakirə etdik. İkitərəfli münasibətlərimizin dərinliyini əks etdirən dəyərli dialoq oldu", - o paylaşımında bildirib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər