Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP-i müzakirə etdi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP-i müzakirə etdi
14.03.2026 12:32 Siyasət

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Eduard Stiprays ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Prezidentin köməkçisi bu barədə “X” hesabında yazıb.

Hikmət Hacıyevin sözlərinə görə, görüş zamanı regional əməkdaşlıq üzrə səmərəli müzakirələr aparılıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələrinə xüsusi diqqət yetirilib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər