Ermənilərin "əxlaqdankənar" siyasətçisi: Leksmannın qaranlıq dosyesi

Ermənilərin "əxlaqdankənar" siyasətçisi: Leksmannın qaranlıq dosyesi
07.05.2026 13:40 Siyasət

Azərbaycan mayın 1-də Brüsseli Qarabağ üzərindəki suverenliyinə müdaxilə cəhdinə görə Avropa Parlamenti ilə institusional əməkdaşlığı dayandırdı.

Bu addım Avropa Parlamentinin regiondakı münaqişədən sonrakı vəziyyətlə bağlı qətnamə qəbul etməsindən sonra atılıb. Qətnamədə Bakı  erməni cinayətkarlarla bağlı,  ermənilərin hüquqları və erməni mədəni və dini irsinin qorunması ilə bağlı iftiralar  yer alıb.

Uzun müddətdir Ermənistan tərəfindən işğalda qalan Qarabağ 2023-cü ildə tam olaraq Azərbaycanın suveren ərazisinə qayıdıb.  

Hazırkı qopma Bakı ilə Avropa Parlamenti arasındakı münasibətlərdə ciddi şəkildə pisləşməni göstərsə də, onun daha geniş siyasi təsirinin məhdud olacağı ehtimal olunur.

Əlaqələrin dayandırılması parlament kanallarına şamil edilir və Azərbaycanın xüsusilə enerji sektorunda sıx və strateji əhəmiyyətli münasibətləri davam etdirdiyi Avropa Komissiyasına şamil edilmir.

2022-ci ildən bəri Komissiya, Moskvanın Ukraynaya müdaxiləsindən sonra Avropa Birliyinin Rusiya qazından asılılığı azaltmaq səylərinin bir hissəsi olaraq Azərbaycanla əlaqələrini dərinləşdirib. O vaxtdan bəri Azərbaycan mühüm alternativ təchizatçı kimi ortaya çıxıb və enerji müqavilələri və infrastruktur müzakirələri Bakını Aİ-nin xarici diversifikasiya strategiyasının mərkəzinə qoyur.

Praktikada, Avropa Parlamenti ilə münasibətlər kəskin şəkildə pisləşsə də, Aİ-nin icra qurumları ilə əlaqələr hər iki tərəfdə sıx, strukturlaşdırılmış və strateji prioritet olaraq qalır.

Hazrıkı hadisələrin səbəbi aprelin sonunda qəbul edilmiş Qarabağ və Ermənistanla bağlı Avropa Parlamentinin qətnaməsi oldu. Geniş lobbi qruplarının səs çoxluğu ilə “dəstəklənən mətn” Azərbaycana atılan böhtanlarla zəngindir. 

Bəs bu böhtanların başında kimlər dayanır?

Bu gün onlardan birini Miriam Leksman haqda araşdırma təqdim edirik:

Ümumiyyətlə, Avropa Parlamentində anti-Azərbaycan qüvvələrə mənsub parlamentarilərin böyük əksəriyyəti keçmiş sosialist ölkələrdən olanlardır.

Çexoslovakiyada, 1972-ci ildə, dissident ailədə doğulan Leksmann hazırda Slovakiyanın Xristian Demokratik Hərəkatı (KDH) – mühafizəkar-xristian partiyasının üzvüdür. 

Fəlsəfə məzunudur və tərcümeyi-halına yazdırıb ki, kommunist rejimdə doğulduğu üçün “azadlıq, insan haqları məsələsi”ndə çox “həssas” imiş. 

2020-ci ildən Avropa Parlamentinin üzvü (EPP qrupu) olan parlamentari 2024-cü ildən Parlamentin Quaestoru (idari vəzifə) seçilib. Beynəlxalq Ticarət Komitəsi (INTA), Məşğulluq və Sosial Məsələlər Komitəsi (EMPL), Xarici İşlər Komitəsində (AFET) əvəzedici vəzifələrində çalışır.

Əvvəlki illərdə isə Beynəlxalq Respublika İnstitutu (IRI – ABŞ-ın respublikaçı yönümlü demokratiya təşkilatı) Brüssel ofisinin rəhbəri, Slovakiya diplomatiyasında işləyib, Avropa Şurasında məsləhətçi olub.

Onun siyasi yönü mühafizəkar xristian-demokrat xəttinə aiddir. O, əsasən xristian dəyərlərinin, xüsusilə ailə institutunun və həyatın müdafiəsinin tərəfdarıdır və aborta qarşı mövqe nümayiş etdirmək kimi məsələlərə diqqət edir, deyə yazılır . Xarici siyasətdə isə Çinə qarşı sərt münasibəti ilə seçilir. Eyni zamanda, IPAC adlı Çinə qarşı parlamentlərarası alyansın həmsədrlərindən biridir. Bundan əlavə, Şərqi tərəfdaşlıq ölkələrində, xüsusilə Ermənistanda demokratiya və insan haqlarının müdafiəsini dəstəkləyən siyasətçi kimi tanınır.

Maraqlıdır, Ermənistanda demokratiya və insan haqlarının müdafiəsini dəstəkləyən siyasətçi kimi tanınan Miriam Leksmann niyə Azərbaycana qarşı nifrət hissi bəsləyir? 

Leksman Avropa Parlamentinin Xarici İşlər Komitəsində Ermənistan üzrə daimi raportyor (Standing Rapporteur on Armenia) vəzifəsində fəaliyyət göstərir. Bu status ona Ermənistan-Azərbaycan münasibətlərini izləmək və həmin mövzu üzrə rəsmi hesabatlar hazırlamaq səlahiyyəti verib. O, çıxışlarında və siyasi mövqeyində Azərbaycanı “erməni əsirlərin saxlanılması”, “Qarabağda etnik təmizləmə” və “xristian irsinin məhv edilməsi” kimi məsələlərdə ittiham edir. Bununla yanaşı, Avropa İttifaqı və ABŞ-ın Bakıya qarşı daha sərt təzyiq göstərməsini tələb edir.

Lexmann həmçinin “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir və bu mövzunu Qarabağ məsələsi ilə əlaqələndirən siyasətçilərdən biri kimi tanınır.

Amma niyə?

Leksman Avropadakı əsas erməni lobbi təşkilatlarından biri hesab edilən European Armenian Federation for Justice and Democracy (EAFJD) ilə daimi əməkdaşlıq edən siyasətçilərdən biri kimi tanınır. O, EAFJD tərəfindən təşkil olunan tədbirlərdə çıxış edir və təşkilatın bəyanatlarını açıq şəkildə dəstəkləyir. Bundan əlavə, Armenpress, news.am və digər erməni media qurumları onu tez-tez sitat gətirərək “Ermənistanın dostu” kimi təqdim edirlər. Onun mövqeyi əsasən ideoloji baxışlarla rəsmi vəzifəsinin birləşməsindən formalaşır; yəni həm xristian irsinin müdafiəsini ön plana çıxarır, həm də Ermənistan üzrə raportyor kimi fəaliyyət göstərir.

Ümid etmək istərdik ki, Azərbaycanla sülh tərəfdarı fikrini müdafiə edən Ermənistan iqtidarı onlara bu cür Ayı xidməti göstərən avropalı siyasətçilərin tələsinə düşməz, onlarla bağlı rəsmi etiraz mövqeyi ortaya qoyar və AP-də bu prosesin arxasında başqa qonşu dövlətlərin də ola biləcəyi ehtimalına nəzər yetirələr.

Hər halda keçmiş sosialist düşərgədən  çıxan siyasətçilərin siyasi keçmişi müəyyən şübhələr və əlaqələr doğurmaya bilməz.

XƏBƏR LENTİ
05 IYUN 2026
CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Bütün Xəbərlər