Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşdü

Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşdü
12.03.2026 17:36 Siyasət

Baş nazir Əli Əsədov martın 12-də Azərbaycanda səfərdə olan Timor-Leste Prezidenti Jose Ramos-Horta ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Timor-Leste Prezidentinin 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Timor-Leste arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər