Azərbaycanda 3 kəndin adı dəyişir

Azərbaycanda 3 kəndin adı dəyişir
11.03.2026 11:05 Siyasət

Azərbaycanda 3 kəndin adı dəyişir.

TodayPress TV xəbər verir ki, bu məsələ Milli Məclis yanında Toponimiya komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka yaşayış məntəqəsinin adı dəyişdirilərək Elbir kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka yaşayış məntəqəsinin adı dəyişdirilərək Çinarlı kəndi və Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Timiryazev yaşayış məntəqəsinin adı dəyişdirilərək Bəhrəli kəndi adlandırılacaq.

(APA)

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər