Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəldi
11.03.2026 15:10 Siyasət

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

TodayPress TV

FOTOLAR

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəldi — 1
Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəldi — 2
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər