“Xərçəngdən güclüsən” layihəsi çərçivəsində müayinə olunan qadınların sayı açıqlandı
Sağlamlıq
27.10.2025 12:15
"Süd vəzi xərçəngi ilə “Xərçəngdən güclüsən” sosial layihəsi çərçivəsində 22 rayonda paralel şəkildə iki istiqamət üzrə mammoqrafiya müayinələri aparılıb".
TodayPress TV xəbər verir ki, bu sözləri TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli deyib.
Onun sözlərinə görə, ümumilikdə 2 439 qadın mammoqrafiya müayinəsindən keçib:
“Artıq 22 rayondan 11-i üzrə nəticələrin ilkin təhlili aparılıb. 1 219 nəfərdən 386-sında BI-RADS 3, 51 nəfərdə isə BI-RADS 4 dərəcəli dəyişikliklər aşkarlanıb. BI-RADS (Breast Imaging Reporting and Data System) sistemi süd vəzi görüntülərinin beynəlxalq standart üzrə qiymətləndirilməsinə əsaslanır. BI-RADS 3 göstəricisi şübhəli, lakin çox zaman xoşxassəli dəyişikliklərə işarə edir və əlavə müşahidə tələb edir. BI-RADS 4 isə daha ciddi risk qrupuna aid olunur və əlavə diaqnostik testlərin aparılmasını zəruri edir".
Türkan İsgəndərli
tag: Sağlamlıq,Süd vəzi,Xərçəng,Müayinə,Todaypress.tv,
 
        
 
                                ![Turşular insan sağlamlığı üçün [[faydalıdır]]](/uploads/news/68d151806ec68.webp) 
                                            ![Gənc qalmağın [[sirri]] tapıldı](/uploads/news/684830dd863cb.webp) 
                                            ![Dezodorant insan sağlamlığı üçün [[zərərlidir?]]](/uploads/news/68e3cc69c4ea3.webp) 
                                            ![İnfeksion xəstəliklər üzrə vəziyyət nəzarətdə saxlanılır? [[- AÇIQLAMA]]](/uploads/news/68b5aa487938a.webp) 
                                            ![Bir stəkan su ağız sağlamlığını [[gücləndirə bilər]]](/uploads/news/68f0ef0e0935e.webp) 
                                            ![Gəncədə [[iki nəfər qidadan]] zəhərləndi](/uploads/news/6855c19be5e23.webp) 
                                            ![Qobustan RMX-də [[bir il yarım ərzində 1100-ə yaxın]] cərrahi əməliyyat həyata keçirilib](/uploads/news/685504677fa45.webp) 
                                            ![Hamiləlik dövründə təhlükəsiz müalicə: [[Alimlərdən inqilabi nano-kəşf]]](/uploads/news/682dc826b352a.webp) 
                                            ![Qızlarda emosional problemlər oğlanlara nisbətən [[daha çox yayılıb]]](/uploads/news/68628a96e6c55.webp) 
                                            ![Yay mövsümündə [[su içməmək]] ciddi fəsadlara yol aça bilər](/uploads/news/684f31aa4780c.webp) 
                                            