Siqaretlərdə bakteriya izləri aşkarlandı

Sağlamlıq

31.10.2025 19:30

ABŞ-də aparılan yeni araşdırma məktəblilərdən müsadirə edilmiş elektron siqaretlərin tərkibində nikotin, spirt, bakteriya izlərinin olduğunu üzə çıxarıb.

TodayPress TV xəbər verir ki, tədqiqat çərçivəsində bir neçə məktəbdən toplanan 1300-ə yaxın elektron siqaret nümunəsi laboratoriyada analiz edilib.

 Nəticələr göstərib ki, bəzi cihazlarda mikroorqanizmlərin səviyyəsi məqbul həddi aşıb. Bu da tənəffüs infeksiyaları və iltihabi xəstəliklərin yaranma riskini artırır.

Mütəxəssislərin sözlərinə görə, yeniyetmələr aktiv beyin inkişafı dövründə nikotin və toksik maddələrə məruz qalırlar ki, bu da asılılıq və idrak pozğunluğu riskini yüksəldir.

Elektron siqaretlərin istifadəsi öskürək, başgicəllənmə, nəfəs darlığı və ağciyər zədələnməsi kimi yan təsirlərlə nəticələnə bilər. Araşdırma həmçinin göstərib ki, bu cihazlardan mütəmadi istifadə edənlərin fizioloji yaşı faktiki yaşlarından təxminən 10 il böyük ola bilər.

Elm adamları xəbərdarlıq edirlər ki, elektron siqaretlər ənənəvi siqaretlərə nisbətən daha az zərərli hesab edilsə də, onların da ciddi sağlamlıq riskləri var. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Siqaret,Bakteriya,Sağlamlıq,Nikotin,Todaypress.tv,