Telefonla oynamaq yaddaş zəifliyinə səbəb olur

Sağlamlıq

11.06.2025 17:49

Müasir dövrdə yaddaşla bağlı problemlərin yalnız yaşlı insanlarda deyil, gənc və hətta yeniyetmələrdə də artdığı müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu halın əsas səbəbi kimi rəqəmsal texnologiyalardan, xüsusilə smartfonlardan həddindən artıq istifadə göstərilir.

Bildirilir ki, insan beyni daim aktiv qalmalı və yeni biliklərlə stimullaşdırılmalıdır. Ancaq sosial media, qısa videolar və daimi vizual informasiya axını beyni “tənbəlləşdirir”. Bu isə qısa müddətli yaddaş zəifliyi, diqqət dağınıqlığı və konsentrasiya çətinlikləri ilə nəticələnə bilər.

Həkimlər xəbərdarlıq edir ki, hər gün ən azı 30 dəqiqə kitab oxumaq, bulmacalar və zehni oyunlarla məşğul olmaq, açıq havada gəzinti və texnologiyadan fasiləli istifadə beyin fəaliyyətini qorumağa və yaddaşı gücləndirməyə kömək edir.

Türkan İsgəndərli

tag: Yaddaş,Telefon,Beyin,Uşaq,todaypress.tv,