Plastik tullantılardan dərman maddəsi hazırlandı

Sağlamlıq

24.06.2025 18:50

Edinburq Universitetinin alimləri plastik tullantıların dərman preparatlarına çevrilməsi üçün innovativ texnologiya hazırlayıblar. Yeni üsul sayəsində tullantılardan parasetamolun əsas komponenti olan tereftal turşusu əldə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “Nature Chemistry” elmi jurnalında dərc edilmiş tədqiqatda məlumat verilib.

Texnologiya genetik modifikasiya olunmuş bağırsaq çöpləri (E. coli) vasitəsilə işləyir və proses, demək olar ki, otaq temperaturunda - pivə istehsalına bənzər fermentasiya üsulu ilə həyata keçirilir.

Bu metod, PET (polietilentereftalat) - yəni içki butulkalarında və qablaşdırmalarda istifadə olunan plastik növünün təkrar emalı üçün uyğundur.

Müasir yanaşma həm ekoloji yükü azaltmaq, həm də sənaye tullantılarını faydalı məhsullara çevirmək baxımından əhəmiyyətli yenilik hesab olunur.

Qeyd edək ki, daha əvvəl Hindistan mühəndisləri köhnə telefon və noutbuk detallarından ibarət Asiyanın ilk yarış elektromobilini - " Recover-E" adlı avtomobili hazırlamışdılar.

Qiymət Mahir

tag: Edinburq ,Alim,Plastik,Tullantı,Todaypress.tv,