Yerin nüvəsinin formalaşmasındakı həlledici maddə açıqlandı
Maraqlı
04.09.2025 19:30
Britaniyalı alimlər müəyyən ediblər ki, Yer kürəsinin daxili nüvəsi milyonlarla il əvvəl yalnız karbonun təsiri ilə kristallaşa bilib.
TodayPress TV xəbər verir ki, "Nature Communications” jurnalında dərc olunan araşdırmaya görə, nüvədə ən azı 3,8 faiz karbon olmalı idi.
Simulyasiya nəticələri göstərib ki, kremniy və kükürd kristallaşmanı ləngidir, karbon isə sürətləndirir. Əgər nüvədə karbon 2,4 faiz olsaydı, əlavə 420 °C soyuma lazım gələrdi. 3,8 faizdə isə bu fərq cəmi 266 °C təşkil edir. Bu, daxili nüvənin indiki formada mövcudluğunu izah edən yeganə variantdır.
Alimlər bildiriblər ki, nüvədə karbon əvvəl hesab olunandan daha çox ola bilər. Məhz onun sayəsində Yer indiki quruluşunu və güclü maqnit sahəsini qazanıb.
Qiymət Mahir
tag: Britaniya,Yer,Karbon,Nüvə,Todaypress.tv,