Çində "oyuncaq həkimləri"nin sayı artdı: "Labubu"nu sağaldırlar
Maraqlı
27.07.2025 09:45
Çində məşhurlaşan "Labubu" kuklalarına olan maraq yeni bir biznes sahəsinin yaranmasına səbəb olub. "Oyuncaq həkimləri" adlanan xidmət sahibləri bu fiqurlar zədələndikdə və ya çirkləndikdə onların təmir və bərpası ilə məşğul olurlar.
TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Qəzet yazıb ki, adi — kolleksiya xarakteri daşımayan bir "Labubu" kuklası Çində orta hesabla 99 yuan (təxminən 14 ABŞ dolları) dəyərindədir. Onların təmiri isə adətən orijinal qiymətin 10 faizinə başa gəlir.
Bu fiqurlar əsasən gənc qadınlar tərəfindən çantalara bəzək kimi taxılır, bu isə kuklaların tez-tez zədələnməsinə və çirklənməsinə səbəb olur. Həvəskarlar sosial şəbəkələrdə "Labubu"nun tükünü parıldatmaq və cızıqları aradan qaldırmaqla bağlı məsləhətlər paylaşsalar da, "oyuncaq həkimləri" bu işi peşəkar səviyyədə görürlər.
Bu işlə məşğul olanlardan biri — Xartman adlı usta bildirib ki, son bir ayda 100-ə yaxın "Labubu" kuklasını təmir edib. O, özünü "xəstəlikləri müalicə edən və həyat qurtaran həkim" kimi hiss etdiyini deyib.
Töhfə Səməd
tag: Çin,Labubu,Oyuncaq həkimlər,Çanta,Todaypress.tv,