AMB vəzifəli şəxsi cərimələdi

AMB vəzifəli şəxsi cərimələdi
15.12.2025 12:03 Maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarının iştirakçısı olan "Eliko" MMC-nin vəzifəli şəxsini cərimələyib.

TodayPress TV bu barədə AMB məlumat yayıb.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.4-cü maddəsinə əsasən "Eliko"nun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 10 000 manat cərimə edilib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər