TƏCİLİ! Ət bu tarixdən bahalaşacaq

İqtisadiyyat

27.01.2026 17:55

Ötən il Azərbaycana idxal olunan ətin həcmi və dəyərində azalma qeydə alınıb. 

117,9 milyon dollar dəyərində ət idxal edilib ki, bu göstərici illik müqayisədə 8,9% azdır.  

Maraqlıdır ki, idxalın azalması fonunda bazarda ətin satış qiyməti necə dəyişəcək? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Akif Nəsirli bildirib ki, əslində mövcud şərait ət idxalının azalmasından daha çox artmasını şərtləndirirdi.


“Belə ki, son dövrlərdə müşahidə olunan dabaq xəstəliyi heyvandarlıq sektorunda riskləri artırıb və bu amil bazarda əlavə tələbat formalaşdırıb. Dabaq xəstəliyi səbəbindən ət idxalında artım ehtimalı daha yüksək idi. Yəni bazar bu istiqamətdə çağırış yaratmışdı. İdxalın azalması bir neçə amillə bağlı ola bilər. Bunlara daxili istehsalın qismən artması, idxalçı ölkələrlə bağlı logistika və qiymət faktorları, eləcə də alıcılıq qabiliyyətinin zəifləməsi daxildir". 

İqtisadçının fikrincə, idxalın azalması qısa müddətdə qiymətlərin sabit qalmasına səbəb ola bilər, lakin daxili istehsal tələbatı tam qarşılamadığı halda, orta və uzunmüddətli dövrdə qiymət artımı riski istisna edilmir:

"Ət bazarında qiymətlərin sabitliyi üçün əsas həlledici amil yerli istehsalın davamlılığı və heyvandarlıqda xəstəliklərin nəzarət altına alınmasıdır. Əks halda, idxalın azalması təklifin daralmasına və qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Akif Nəsirli,Ekspert,Ət,Bahalaşma,Todaypress.tv,