TAP-la nəql edilən qazın həcmi 53 milyard kubmetrə yaxınlaşdı
Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyə qədər 52,7 milyard kubmetr təbii qaz nəql olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, TAP-ın istismara verilməsindən 5 il ötür və Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri kimi kəmər Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir.
Nazirliyin məlumatına görə, bu müddət ərzində TAP vasitəsilə nəql edilən qazın ümumi həcmi 52,7 milyard kubmetrə çatıb. Kəmər eyni zamanda regionda enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verməkdə davam edir.