Rusiya-Azərbaycan-İran dəmir yolu əməkdaşlığında tarixi addım

İqtisadiyyat

26.11.2025 14:05

Rusiya, Azərbaycan və İran dəmir yolları arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb. Memorandum Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi üçün mühüm addım hesab olunur.

TodayPress TV xəbər verir ki, bunu İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri jurnalistlərə açıqlamasında deyib:

"Bu sənəd ilə Rusiyadan Hindistana və əks istiqamətdə ilk mərhələdə 5 milyon ton yük daşına bilərik. Tariflər və daşınma vaxtları artıq müəyyənləşib. Planlaşdırırıq ki, ilin əvvəlində bu həcmi 3 milyon tona çatdıraq, tərəflərin dəstəyilə isə qısa zamanda 5 milyon tona, gələcəkdə isə 15 milyon tona yüksəldə bilək".

O əlavə edib ki, Novruz Bayramından etibarən Astaradan Rəştəcən olan dəmir yolu hissəsində tikinti işlərinə başlanacaq:

"Azərbaycan dəmir yolunun modernizasiyası və İranda bəzi hissələrin işlənməsi ilə yük daşımalarında yüksək həcm və səmərəliliyi təmin edə biləcəyik".

Bu saziş Şimal-Cənub dəhlizinin fəaliyyətə başlamasında və regionda yük daşımalarının intensivləşdirilməsində tarixi əhəmiyyət daşıyır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rusiya,Azərbaycan,İran,Memorandum,Todaypress.tv,