Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı
26.07.2025 12:00 İqtisadiyyat

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

TodayPress TV birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 1,12% azalaraq 3 392,5 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 2,19% azalaraq 38,37 ABŞ dolları olub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər