Qeyri-neft-qaz sektoruna investisiyalar 8%-dən çox artıb
İqtisadiyyat
10.12.2025 15:05
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 658,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,3 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 8421,2 milyon manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinə, 5614,3 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 2623,4 milyon manatı (15,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 12987,5 milyon manatını və ya 78,0 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 12687,9 milyon manatı və ya 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
tag: Dövlət Statistika Komitəsi,Yanvar-noyabr,Artım ,Qeyri-neft-qaz sektoru,Todaypress.tv,
