Qarğıdalı idxalı 42 %-dən çox azaldı

Qarğıdalı idxalı 42 %-dən çox azaldı
25.10.2025 15:50 İqtisadiyyat

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 36 min 975 ton qarğıdalı idxal edilib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 14 milyon 98 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 26 min 971 ton (42,2 %), dəyər baxımından isə 5 milyon 660 min ABŞ dolları (28,6 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər