MDB Dəmir Yolu Şurası hesabat təqdim etdi

İqtisadiyyat

26.11.2025 12:20

“Şuranın 82-ci və 83-cü iclaslarından sonra beynəlxalq əməkdaşlığın inkişafı və dəmir yolu sisteminin təhlükəsiz, səmərəli fəaliyyəti üçün 48 müşavirə və iclas keçirilib”.

TodayPress TV xəbər verir ki, bunu MDB Üzv Dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurası Direktorluğunun sədri Viktor Alekseeviç Popov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib. 

O vurğulayıb ki, Beynəlxalq Nəqliyyat Dəhlizlərinin İnkişafı üzrə Strateji Qrupun ilk təşkilati iclası keçirilib, Əsasnamə layihəsi razılaşdırılıb və Şuranın 8 təşəbbüsü müzakirəyə çıxarılıb. 

"Dördüncü Beynəlxalq Biznes Forumu Sankt-Peterburqda yüksək səviyyədə təşkil edilib, oktyabrın sonunda isə Bakı şəhərində 34-cü Tarif Konfransı keçirilib. Konfransın nəticəsi olaraq MDB dövlətlərinin dəmir yolu administrasiyaları Beynəlxalq Daşımalarda Yük Daşımalarına dair Tarif Siyasətinin 2026-cı hüquqi ili üçün 22-ci Rəhbər Sənədini qəbul ediblər".

O, həmçinin gənc dəmiryolçuların inkişafına diqqət çəkib:

"Bakıdakı gənc dəmiryolçuların bugünkü görüşü məhsuldar olacaq və mentorluq institutunun inkişafına, dəmir yolu ənənələrinin qorunmasına və sənayenin ümumi inkişafına xidmət edəcək".

Popov normativ sənədlərin aktuallaşdırılması ilə bağlı qeyd edib ki, hesabat dövründə 48 sənəd layihəsi, o cümlədən 6 yeni sənəd hazırlanıb və Şuranın təsdiqinə təqdim edilib.

"Sərnişin Təsərrüfatı Komissiyası 23, Vaqon Təsərrüfatı Komissiyası 20 sənəd layihəsini razılaşdırıb. Dəmir Yolu Nəqliyyatında Operativ və Statistik Hesabat Metodologiyası Məsələri üzrə Komissiya ilk dəfə beynəlxalq nəqliyyat dəhlizlərinin iş göstəricilərinin uçotu üçün metodiki göstərişləri təsdiq edib. İnformasiyalaşdırma üzrə Mütəxəssislər Komissiyası isə 16 sənəd təsdiqləyib",

Sədr sonda qeyd edib ki, Dəmir Yolu Administrasiyalarının Səlahiyyətli Nümayəndələri tərəfindən təhlükəli yüklərin daşınması və özügedən quraşdırma parkından istifadə üzrə normativ sənədlərə ümumilikdə 115 dəyişiklik və əlavə edilib. Bütün bu tədbirlər bugünkü Şura iclasının protokolunda əks olunub və MDB ölkələrinin dəmir yolu sənayesinin davamlı inkişafına xidmət edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: MDB,Dəmiryolu şurası,Hesabat,İclas,Todaypress.tv,