İnşaat işlərinin 92 %-dən çoxu özəl sektorun payına düşür
Bu ilin yanvar ayında Azərbaycanda inşaat işlərinin 92,2 %-ni qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetirib.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, hesabat ayında görülən ümumi işlərin 73,1 %-ni inşa, yenidənqurma və bərpa, 11,2 %-ni əsaslı təmir, 9,5 %-ni cari təmir, 6,2 %-ni isə sair tikinti işləri təşkil edib.