Funt geri çəkildi: Trampın dollar açıqlaması bazarı silkələdi

İqtisadiyyat

28.01.2026 15:04

Funt sterlinq ABŞ Prezidenti Donald Trampın dollarla bağlı açıqlamalarından sonra ucuzlaşaraq əvvəlki gün qeydə alınan dörd aylıq maksimumdan geri çəkilib.

TodayPress TV xəbər verir ki, treydinq sessiyasında funt 0,44% ucuzlaşaraq 1,3784 dollar səviyyəsinə enib.

Bir gün əvvəl isə sterlinq 1,2%-dən çox bahalaşaraq 1,3867 dollara qalxmışdı ki, bu da 2021-ci ilin sentyabrından bəri ən yüksək göstərici idi. Tramp dolların son kəskin ucuzlaşmasına münasibət bildirərkən onun dəyərinin “əla” olduğunu deyib. Bu açıqlama investorlar arasında ABŞ administrasiyasının daha ucuz dollarla barışdığı və bunun ABŞ ixracını daha rəqabətqabiliyyətli etdiyi düşüncəsini gücləndirib. Dollar indeksi isə çərşənbə axşamı 1,2% azalaraq 2022-ci ilin fevralından bəri ən aşağı səviyyə olan 95,57 bəndinə düşüb.

Analitiklər bildirirlər ki, funtun bugünkü enişi əvvəlki günkü sürətli yüksəlişdən sonra təbii korreksiyadır. Qeyd olunur ki, sterlinq ilin əvvəlindən bəri 2,6% bahalaşıb və buna son həftələrdə açıqlanan müsbət iqtisadi göstəricilər dəstək verib. 

Qiymət Mahir

tag: Funt sterlinq ,ABŞ ,Donald Tramp,Dollar,Todaypress.tv,