Dünya bazarlarında neftin qiyməti 1 dollardan çox yüksəldi
İqtisadiyyat
15.11.2025 09:25
Dünya əmtəə bazarlarında neft qiymətləri kəskin artım müşahidə olunub.
TodayPress TV xəbər verir ki, noyabrın 14-də Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin dekabr fyuçersləri 1,40 dollar və ya 2,39% artaraq bir barel üçün 60,09 dollar olub.
ICE birjasında Brent markalı neftin 2026-cı ilin yanvar müqaviləsi isə 1,38 dollar və ya 2,19% yüksələrək 64,39 dollar səviyyəsində formalaşıb.
Analitiklər qeyd edirlər ki, neft qiymətlərində qeyd olunan artımın əsas səbəbi ABŞ-da kommersiya neft ehtiyatlarının gözlənildindən daha çox azalması, Yaxın Şərqdə geosiyasi risklərin təchizatla bağlı narahatlığı artırması və OPEC+ ölkələrinin hasilatı aşağı səviyyədə saxlamaq niyyətini yeniləməsidir. Bu faktorlar bazarda təklifin zəifləyəcəyi gözləntilərini gücləndirərək qiymətlərin yüksəlişinə səbəb olub.
tag: Neft qiymətləri,Dünya əmtəə bazarı,Nyu-Yorkun NYMEX birjası, OPEC+,Todaypress.tv,
