DİQQƏT! Dolları olanlara XƏBƏRDARLIQ

İqtisadiyyat

30.01.2026 13:19

“ABŞ dollarının qlobal bazarlarda dəyər itirməsi Azərbaycan iqtisadiyyatı üçün həm risklər, həm də imkanlar yarada bilər”.

İqtisadçı Akif Nəsirli bunu TodayPress TV-yə danışarkən bildirib.


Onun fikrincə, dolların ucuzlaşmasının əsas risklərindən biri idxalın bahalaşmasıdır. Çünki bir çox məhsul və xammal dollarla qiymətləndirilir. Dollar ucuzlaşsa belə, qısa müddətli valyuta dalğalanmaları şirkətlərin və bizneslərin xərclərini öncədən hesablamağı çətinləşdirir.

İqtisadçı vurğulayıb ki, xarici borcların və kreditlərin dollarda olması da əlavə maliyyə təzyiqi yarada bilər.

“Ona görə ki, borcların ödənilməsi üçün daha çox yerli valyuta tələb olunur”.

İqtisadçının fikrincə, dolların ucuzlaşması müəyyən imkanlar da açır:

“Bu proses Azərbaycan ixracatçılarına, xüsusilə Avropa və dollar zonasından kənar bazarlarda məhsullarını daha rəqabətli qiymətlə təqdim etmək imkanı yarada bilər. Həmçinin dollarla olan borclar üzrə faiz xərcləri nisbətən azala, qlobal sərmayəçilər üçün isə digər valyutalarda investisiya daha cəlbedici görünə bilər. Bu da Azərbaycana investisiya axınını stimullaşdıra bilər”.

Ekspert sonda əlavə edib ki, ABŞ dollarının qlobal miqyasda dəyər itirməsi həm risk, həm də fürsət elementlərini eyni anda gətirir və iqtisadi siyasət bu prosesi balanslı şəkildə yönəltməlidir. 

Aysel Mətləb

TodayPress TV

tag: Akif Nəsirli,Ekspert,Dollar,Ucuzlaşma,Todaypress.tv,